Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 2 nömrəli tam orta məktəbində mühazirə ilə çıxış ediblər.

86809053_1455172661316188_340082408214757376_o (1) 18 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzin əməkdaşı Cavid Ismayılov Ş.Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə “Heydər Əliyevin tərcümeyi-halı” adlı məruzə ilə çıxış etmişdir.

Ulu Öndər Heydər Əliyevin şərəfli həyatı və fəaliyyət haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvü seçilən Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
Məruzə zamanı o da vuğulanmışdır ki, 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev həmin ilin iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev, 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Qeyd edək ki, bütün şəhər ümumtəhsil məktəblərini əhatə edəcək məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

 

86864332_1455172721316182_7386549210235011072_o

86806629_1455172754649512_8537954200544346112_o

86796347_1455172961316158_6175097227053105152_o

86796189_1455172911316163_5479241872889085952_o

86738660_1455172941316160_2805158946220802048_o

86730121_1455173014649486_8707987179789352960_o

86276633_1455172684649519_8813051679101419520_o

86276633_1455172684649519_8813051679101419520_o (1)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma