Heydər Əliyev Mərkəzinin əməkaşlarının şəhər məktəblərində təşkil etdiyi məruzələr davam edir.

87073483_1456130324553755_5632158385257316352_o 19 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzin əməkdaşı Cavid İsmayılov Ş. Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə “Heydər Əliyevin Kreml günləri” adlı məruzə ilə çıxış etmişdir.

Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdən bəhs edən məruzəçi bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur.
1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildiyini vurğulayan məruzəçi qısa bir zamanda belə gənclərin sayı 1000-ə çatdığını bildirmişdir. O dövrdə həmçinin, Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir memarlığın əsası sayılan bir sıra memarlıq ansamblı inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və digər binalar tikilib istifadəyə verilmişdir. Məhz, Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur.
Sonda məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçilmişlər.

 

86776625_1456130177887103_1471944240765337600_o

86826086_1456130187887102_8682116951088037888_o (1)

86826086_1456130187887102_8682116951088037888_o

86875331_1456130314553756_6519026014704631808_o

86969816_1456130204553767_1281025050308247552_o (1)

86969816_1456130204553767_1281025050308247552_o

86501074_1456130354553752_6696866467104686080_o

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma