Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir.

87187692_1457783794388408_863712412782559232_o

Məlum olduğu kimi 04 oktyabr 2018-ci il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində məruzələrinin təşkilinə başlanılıb.

Məruzələrin davamı olaraq Mərkəzin əməkdaşı Fariz Bünyatov 20 fevral 2020-ci il tarixdə Ü.Hacıbəyli adına şəhər 7 saylı tam orta məktəbdə “Heydər Əliyevin tərcümeyi-halı”, 21 fevral 2020-ci il tarixdə isə “Heydər Əliyevin Kreml günləri” adlı məruzələrlə çıxış etmişdir.
Ulu Öndərin şərəfli ömür yolu və Vətənimiz qarşısında tarixi xidmətləri haqqında geniş məlumat verən məruzəçi qeyd etmişdir ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr edən Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.
Məruzə zamanı o da vurğulandı ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.

 

87387946_1457784147721706_1576744930301181952_o

87333571_1457784054388382_4401531782575423488_o

87297042_1457784017721719_4240230957174489088_o

87175262_1457783597721761_5953223605998321664_o

87163717_1457783877721733_8516544879495479296_o

87143489_1457783931055061_5073415725964591104_o

86807735_1457783604388427_988396576105824256_o

86857552_1457784064388381_4000771712785317888_o

87042683_1457783851055069_5998681436779970560_o

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma