Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq 24 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir. Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə öncə faciəni özündə əks etdirən tarixi fotolar, sənədlər, kitab və jurnallardan və Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərlərindən ibarət “Şəhid Şəhər” adlı sərgi nümayiş olundu.