Xocalı soyqırımı ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs üzvlərinin iştirakı ilə tədbir keçirilib.

87869182_1460307364136051_9127564343116824576_o Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq 24 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir. Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə öncə faciəni özündə əks etdirən tarixi fotolar, sənədlər, kitab və jurnallardan və Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərlərindən ibarət “Şəhid Şəhər” adlı sərgi nümayiş olundu.


Öncə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Xocalı soyqırımı ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində keçirilən silsilə tədbirlər, həmçinin ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri etnik təmizləmə və işğal siyasəti barədə ətraflı məlumat verib. Xocalı soyqırımının bütün dünyaya çatdırılmasında gənclərin rolundan bəhs edən Məhsəti Musa faciə ilə əlaqədar keçirilən tədbirlərin, faciəni özünə əks etdirən bədii və sənədli film nümayişlərinin Xocalı soyqrımı ilə bağlı həqiqətlərin gənclərimizə çatdırılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindik, şəhid ailəsi, C.İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəbin müəllimi Nüşabə İbrahimova çıxış edərək bildirmişlər ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırımı erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb.
Çıxışlar zamanı o da vurğulanmışdır ki, bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu təbliğat aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
Çıxışlarda həmçinin, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
Daha sonra “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında Xocalı soyqırımından bəhs edən “Şəhid Şəhər” adlı ədəbi-bədii şeir kompozisiya nümayiş etdirildi. Qeyd edək ki, “Şəhid Şəhər” adlı ədəbi-bədii şeir kompozisiyasının 26 fevral 2020-ci il tarixdə Ağcabədi rayonu Şəhidlər xiyabanı-abidə kompleksində keçiriləcək ümumrayon tədbirində də nümayişi nəzərdə tutulur.
Sonda Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşlarının birgə hazırladığı “Xocalı bizi səsləyir” adlı video-çarx nümayiş olunub.

87853027_1460307947469326_5483742543348760576_o

87840891_1460307100802744_1271165497613746176_o

87820710_1460307140802740_6785237717027389440_o

87796698_1460306640802790_2993577460689272832_o

87477582_1460306844136103_2887717018037911552_o

87418476_1460306507469470_1307221666459287552_o

87396945_1460306740802780_4929963753853681664_o

87179937_1460307580802696_2056948748172394496_o

87184894_1460308317469289_1031434566478331904_o

87261706_1460308204135967_8673674411183702016_o

87274351_1460308264135961_6891782820415406080_o

87301327_1460306714136116_969842819898277888_o

87325005_1460307057469415_5004302349187940352_o

87374802_1460307650802689_1529976000622886912_o

87389582_1460308354135952_1042165237324709888_o

87034121_1460307640802690_2786633339228913664_o

87123426_1460306477469473_5666391344780673024_o

87147745_1460307887469332_3070766728897101824_o

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma