Heydər Əliyev Mərkəzində “Xocalı bizi səsləyir” adlı video-çarxın təqdimatı keçirilib.

87840884_1462829490550505_2399112686517354496_o (1)

27 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşlarının birgə hazırladığı “Xocalı bizi səsləyir” adlı video-çarxın təqdimatı keçirilib.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin iştirak etdiyi tədbirdə öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin rəhbəri Əli Əhmədov çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlər, eləcə də faciəni özünə əks etdirən video-çarxların hazırlanması və nümayişi Xocalı soyqrımı ilə bağlı həqiqətlərin gənclərimizə çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin birgə hazırladığı video-çarx da məhz bu ideyaya xidmət edir.
Qeyd edək ki, 2 dəqiqə davam edən video-çarxda Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşlarının, rayon ziyalılarının iştirakı ilə Xocalı soyqırımı haqqında qısa məlumat və “Xocalı bizi səsləyir!” şüarı səsləndirilib.

 

88273544_1462829693883818_3388144806113837056_o

87840884_1462829490550505_2399112686517354496_o

87593557_1462829473883840_575483462559989760_o (1)

87582883_1462829443883843_2745216935233847296_o

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma