Heydər Əliyev Mərkəzinin əməkdaşlarının ümumtəhsil məktəblərindəki məruzələri davam edir.

87953076_1462721797227941_1675076248038014976_o Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəliyyətinin, zəngin siyasi irsinin öyrədilməsi və təbliğ olunması, məktəblilərin vətənpərvər ruhda yetişməsi məqsədilə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları təsdiq edilmiş qrafika əsasən mütəmadi olaraq Ağcabədi şəhər ümumtəhsil məktəblərində məruzələrlə çıxış edirlər.

Qrafikə əsasən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbdə 24 fevral 2020-ci il tarixdə “Heydər Əliyevin tərcümeyi-halı”, 25 fevral 2020-ci il tarixdə isə “Heydər Əliyevin Kreml günləri” adlı məruzələrlə ilə çıxış edib.
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Məruzə zamanı məktəblilərin diqqətinə o da çatdırılmışdır ki, müdrik dövlət xadiminin istər sovet, istərsə də müstəqillik illərində xalqına, onun gələcəyinə həsr etdiyi ömür, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması istiqamətində atdığı qətiyyətli addımlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, inkişaf strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

88185962_1462721977227923_1030454210128248832_o

88175433_1462721983894589_5276701518836269056_o

87952149_1462721513894636_2581568476413952000_o

87840338_1462721547227966_5764493998458667008_o

87763465_1462721827227938_2104273021417029632_o

87631393_1462721527227968_4586418687170314240_o

87589395_1462721943894593_925045933043875840_o

87404100_1462721817227939_3997137066646306816_o

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma