Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Koronavirus (COVİD – 19) xəstəliyinin qarşısının alınması məqsədi ilə sanitariya-gigiyena və epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi, dezinfeksiya təbirlərinin həyata keçirilməsi məqsədilə mərkəz əməkdaşları arasında maarifləndirmə və izahat işləri aparılır.]
12 mart 2020-ci il tarixdə Mərkəz əməkdaşlarının iştirakı ilə keçirilən maarifləndirici tədbirdə Mərkəzin direktoru Məhsəti Ağayeva virusa yoluxmağın qarşısını almaq üçün mübarizə yolları haqqında məlumat verərək bildirmişdir ki, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq proflaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə 12 mart 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılmış, Mərkəzdə təşkil olunan kursların fəaliyyəti mart ayının 27-dək dayandırılmışdır.Tədbirlər planı əsasında keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınmış, virusla mübarizə üçün maarifləndirici məlumat hazırlanaraq mərkəzin foyesindən asılmışdır.
Heydər Əliyev Mərkəzinin əməkdaşları Rövşanə Əliyeva və Cavid İsmayılov çıxış edərək, Mərkəz tərəfindən həyata keçirilən tədbirlərin davamlı olmasının vacibliyini vurğulamış və bildirmişlər ki, məkəzin sosial şəbəkə səhifələri üzərindən də təbliğat işlərinin aparılması və insanlar arasında maarifləndirmə işlərinin həyata keçirilməsi virusdan qorunmaq baxımından müstəsna əhəmiyyət daşıyır.