“15 İyun –Milli Qurtuluş günü” münasibətilə “Milli Qurtuluş –xalqın zəfəri” başlığı altında videokonfrans keçirilmişdir.

103700095_1554354531398000_7051120480336912339_n12 iyun 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və nin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilmişdir. Zoom platforması üzərindən “Milli Qurtuluş –xalqın zəfəri” mövzusunda təşkil olunan konfransda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, Ağcabədi rayon Təhsil şöbəsinin, Ağcababədi Pedaqoji Kollecinin əməkdaşları iştirak etmişdir. Videokonfransı giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev əlamətdar gün münasibəti ilə videokonfrans iştirakçılarını təbrik edib və “Milli Qurtuluş Günü” barədə ətraflı məlumat vermişdir. Daha sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva , Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov, rayon Təhsil şöbəsinin metodisti Tofiq Zeynalov, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Rövşanə Əliyeva çıxış edərək “Milli Qurtuluş günü”nün tariximizdə yeri və rolu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda xüsusi vurğulanıb ki, Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

103485934_1554354628064657_7422002141124184973_o

103557463_1554354828064637_4408748269097188899_o

103700095_1554354531398000_7051120480336912339_n

103723361_1554354658064654_8216988653299403636_o

103765035_1554354528064667_4074962361213581530_n

103972258_1554354784731308_4869502100975109208_o

103998059_1554354891397964_8496223491413891750_n

104074443_1554354668064653_2659238345602499813_o

104097517_1554354708064649_6451958099521244866_o

104119237_1554354794731307_3248935039759043147_o

104122014_1554354518064668_7268540660953459888_n

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma