Silahlı Qüvvələr günü münasibətilə videokonfrans keçirilib.

106188940_1565467373620049_2508362207238168697_o

25 iyun 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Ordu Quruculuğu” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda öncə Heydər Əliyev Mərkəzinin əməkdaşlarının hazırladığı “26 İyun – Silahlı Qüvvələr günü” adlı video-çarx nümayiş etdirildi. Sonra konfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Mərkəzdə nümayiş etdirilən “Milli Ordumuz – İftixarımız, Qürur mənbəyimizdir” adlı kitab,qəzet, fotoşəkil və jurnallardan ibarət sərgi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, eləcə də müstəqillik illərində ordu quruculuğunda görülən işlər və Dahi Lider Heydər Əliyevin bu sahədə atdığı uğurlu addımlar haqqında söz açaraq, bu gün də hərb sahəsində böyük işlərin görüldüyünü vurğuladı. Natiq həmçinin, Şanlı “Aprel döyüşləri”nin xalq-ordu birliyinin bariz nümunəsi olduğunu və insanlarda böyük ruh yüksəkliyi yaratdığını söylədi. Dahi lider Heydər Əliyevin Ağcabədiyə səfərlərindən söz açan Məhsəti Musa səfərlərin birində Onun məhz hərbi hissədə olduğunu bildirərək sözü mərkəzin baş fond mühafizi Rövşanə Əliyevaya verdi. Konfransa mərkəzin ekspozisiya zalından qoşulan R.Əliyeva Ümummilli Lider Heydər Əliyevin Ağcabədiyə səfəri zamanı hərbiçilərlə görüşünü əks etdirən lövhə ilə izləyiciləri tanış edərək bildirmişdir ki, hələ atəşkəs sazişi imzalanmadığı çətin dövdə Dahi Liderimiz hərbiçilərlə görüşmüş,onların problemləri ilə maraqlanmış, Ali Baş Komandan kimi öz dəyərli məsləhət və tövsiyyələrini verərək əsgərlərimizə dəstək olmuşdur.

Daha sonra mərkəzin könüllüsü Günel Quliyeva Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş sərginin ikinci hissəsi ilə konfrans iştirakçılarını tanış etdi. Bildirdi ki, mərkəzin “Rəsm” kursu və “Maraqlar üzrə əl işləri” dərnəyinin üzvləri bu rəsm və əl işləri vasitəsi ilə Azərbaycan ordusuna, Azərbaycan əsgərinə, Azərbaycan bayrağına olan sevgilərini əks etdirməyə çalışıblar.

Ağcabədi rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov isə çıxışında Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda gördüyü və bu gün də uğurla davam etdirilən işlər haqqında ətraflı məlumat verdi. Bundan sonra Ağcabədi rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva kitabxanada təşkil olunmuş sərgi əsasında çıxış etdi və bildirdi ki, Silahlı Qüvvələr günü münasibəti ilə MKS-də tədbirlərin keçirilməsi növbəti günlərdə də davam edəcəkdir. Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov da tədbir iştirakçılarını Silahlı Qüvvələr günü münasibəti ilə təbrik etdi, əhatəli çıxış zamanı gənclərdə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində birgə tədbirlərin vacibliyini də vurğuladı.

106188940_1565467373620049_2508362207238168697_o

106187723_1565468143619972_3579083428792061957_o

106154157_1565491260284327_3473169673111025030_o

106005844_1565467320286721_1874073604160666706_o

105942922_1565467413620045_7796568363331311341_o

105797477_1565495266950593_7252324102152190513_o

105685679_1565467200286733_2309728936620351798_o

105601675_1565467746953345_5899325064682366114_o

105599375_1565467393620047_5106639036685873085_o

105598054_1565467633620023_5296982282422744525_o

105584770_1565468360286617_6577586786663604444_o

105569247_1565467680286685_6055518971172550113_o

106350715_1565467953619991_5718301444153311079_o

105553320_1565467306953389_5748916011816002215_o

106236384_1565467500286703_7083644305128691289_o

105543634_1565491196951000_8412812595525863899_o

105526858_1565468106953309_2253878572103227013_o

105495487_1565491213617665_1485260511991817476_o

106188940_1565467373620049_2508362207238168697_o

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma