Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülük fəaliyyəti uğurla davam etdirilir.

11 avqust 2020-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin könüllüri üzərində hazırlığının növbəti mərhələsi keçirilibdir. Mərkəzin ekspozisiya zalında könüllülərin eksponatlar əsasında hazırlığı yoxlanılaraq lazımi tövsiyyələr verilmişdir. Könüllülər Dahi Liderin həyat və faəliyyətindən bəhs olunan eksponatların nümayiş edirilidiyi lövhələr əsasında danışıblar. Qeyd edək ki, Heydər Əliyev Mərkəzində könüllülərlə iş növbəti günlərdə də davam etdiriləcəkdir.