Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülər təcrübə toplamağa davam edirlər

21 iyul 2020-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllü fəaliyyət göstərənlərin ekspozisiya üzərində hazırlığının növbəti mərhələsi keçirilibdir. Qeyd edək ki,həftə ərzində mərkəz əməkdaşları tərəfindən dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumatlar könüllülərə təqdim edilmiş, bələdçilik işi əyani şəkildə izah edilmişdir.Göstərilən tarixdə isə könüllülərin ekspozisiya əsasında hazırlığı mərkəzin direktoru tərəfindən yoxlanılaraq lazımi tövsiyyələr verilmişdir. Qeyd edək ki, könüllülər Ümummilli liderin uşaqlıq və gənclik illəri, Azərbaycana rəhbərlik etdiyi birinci dövr, SSRİ Nazirlər soveti sədrinin I müavini olduğu dövr və Naxçıvan dövrü haqqında eksponatların nümayiş edirilidiyi lövhələr əsasında danışıblar. Növbəti hazırlıq dahi liderin Prezidentlik fəaliyyətini əks etdirən eksponatlar əsasında davam etdiriləcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma