Bu gün Mərkəzin elmi işçisi Fariz Bünyatovu döyüş bölgəsinə yola saldıq.Əməkdaşımızın timsalında vətənin bütün igid oğullarının qələbə sevinci ilə geri dönməyini arzu edirik!

41Sən və başqa 40 nəfər14 RəyBəyənRəyPaylaş

Biz zəfər çalacağıq!Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!

ELAN!

Əziz gənclər!Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 sentyabr 2020-ci il tarixdən etibarən könüllülərdən ibarət qrup yaradılır. Mərkəzin fəaliyyətində yaxından iştirak edərək növbəti iş həyatına uğurlu bir keçid etmək istəyən 16-29 yaş arası gəncləri qrupa üzv olmağa dəvət edirik. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər həftə içi saat 9:00–dan 18:00–dək, şənbə və bazar günləri isə saat 10:00-dan 18:00-dək Heydər Əliyev Mərkəzinə müraciət edə bilərlər

Əlaqə telefonu: 021-275-51-16, (050) 763 61 23
E-poçt: heydaraliyev.agcabedi@gmail.com
Facebook: https://www.facebook.com/HeydarAliyevCenter.Agcabedi/ Yığcam Göstər

“18 sentyabr – Milli Musiqi günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində sərgi təşkil edilir.

“18 sentyabr – Milli Musiqi günü” ilə əlaqədar olaraq 09 sentyabr 2020-ci il tarixdən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət “Musiqi günümüz” adlı sərgi təşkil edilir.Sərgi 19 sentyabr 2020-ci il tarixədək davam edəcəkdir.Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxslər sərgi ilə tanış ola bilərlər.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya tədbirləri davam etdirilir.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində koronavirus (COVİD19)infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Aparılan müvafiq profilaktik tədbirlərin effektvliyinin yüksəldilməsi məqdədilə növbəti dəfə 05 sentyabr 2020-ci il tarixdə Mərkəzin bütün otaqlarında və ekspozisiya zalında dezinfeksiya işləri aparılmışdır.Dezinfeksiya işləri karantin rejiminin sonunadək davam etdiriləcəkdir.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində şura iclası keçirilib.

01 sentyabr 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində koronavirus (COVİD – 19) infeksiyası ilə əlaqədar olaraq ölkəmizdə tətbiq olunan xüsusi karantin dövründə mərkəzdə həyata keçirilən virtual tədbirlər və qarşıda duran vəzifələrə dair şura iclası keçirilib. Karantin rejiminin tələbləri yerinə yetirilməklə həyata keçirilən iclasda Heydər Əliyev Mərkəzinin direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək bildirib ki, pandemiya dövründə Heydər Əliyev Mərkəzi öz fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün tədbirlər planı əsasında təşkili nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınsa da mərkəzdə virtual tədbirlər, video-çarxlar, videokonfranslar, onlayn dərs və müsabiqələr keçirilmişdir. Daha sonra Mərkəzin tətqiqat qrupunun və fond satınalma komisiyyasının fəaliyyəti, avqust ayında həyata keçirilmiş tədbirlər, sentyabr ayı ərzində tarixi və əlamətdar günlərlə əlaqədar olaraq həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Xüsusi karantin dövründə icrası mümkün olmayan digər işlərin isə növbəti aylarda həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.