Ağcabədi rayon Heydər Əliyev Mərkəzində şura iclası keçirilib.

01 sentyabr 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində koronavirus (COVİD – 19) infeksiyası ilə əlaqədar olaraq ölkəmizdə tətbiq olunan xüsusi karantin dövründə mərkəzdə həyata keçirilən virtual tədbirlər və qarşıda duran vəzifələrə dair şura iclası keçirilib. Karantin rejiminin tələbləri yerinə yetirilməklə həyata keçirilən iclasda Heydər Əliyev Mərkəzinin direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək bildirib ki, pandemiya dövründə Heydər Əliyev Mərkəzi öz fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün tədbirlər planı əsasında təşkili nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınsa da mərkəzdə virtual tədbirlər, video-çarxlar, videokonfranslar, onlayn dərs və müsabiqələr keçirilmişdir. Daha sonra Mərkəzin tətqiqat qrupunun və fond satınalma komisiyyasının fəaliyyəti, avqust ayında həyata keçirilmiş tədbirlər, sentyabr ayı ərzində tarixi və əlamətdar günlərlə əlaqədar olaraq həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Xüsusi karantin dövründə icrası mümkün olmayan digər işlərin isə növbəti aylarda həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.