Bərdə şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən hücuma məruz qalıb

Döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş kaset raketlərindən istifadə edilməklə yenidən hücuma məruz qalıb,21 mülki şəxs həlak olub,70 nəfər yaralanıb.Xalqımıza qarşı yönəldilmiş soyqırımı niyə dünya ölkələri görmür?Niyə səssiz qalırlar?

Düşmən tərəfindən 27 oktyabr 2020-ci il tarixində Bərdə rayonuna “Smerç” qurğusundan kasetli raketlər atılıb.Faciə nəticəsində 4 nəfər mülki şəxs həlak olmuş,13 nəfər isə yaralanmışdır.Dağıntılar altından “Yaşamaq istəyirəm” adlı kitab tapılmışdır, təəssüf ki,erməni vandallarının törətdiyi bu dəhşətli hadisə onların da yaşamaq arzusunu ürəyində qoydu.