12 Noyabr Konstitusiya günü ilə əlaqədar …

12 Noyabr Konstitusiya günü ilə əlaqədar Dünya,Ana və Uşaqlar İctimai birliyinin sədri Dünyaxanım Əliyeva,Yeniləşən Dövlətə dəstək təşkilatının Sumqayıt şəhər nümayəndəliyinin sədri Natiq Zeynaloğlu Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət edib.Mərkəzin baş fond mühafizi Rövşanə Əliyeva ilk öncə Heydər Əliyev Mərkəzi və Mərkəzdə fəaliyyət göstərən kurslar haqqında ümumi məlumat vermiş,kurs üzlərinin əl işləri ilə tanış etmişdir.Daha sonra ekspozisiya zalında yerləşən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verərək bildirilmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı bürüyən xaos və tənəzzülün qarşısı xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gətirilməsindən sonra alındı.Həmçinin bildirilmişdir ki,1995-ci ilin 12 Noyabr tarixində Dahi Liderin təşəbbüsü ilə ilk Milli Konstitusiyamız qəbul edilmişdir.12 fəsil,158 maddədən ibarət olan bu əsas qanunun tam 48 bəndi insan hüquqlarına və onun gerçəkləşdirilməsi təminatlarına həsr edilmişdir.