Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Şanlı zəfər tariximiz”adlı sərgi təşkil edilib.

13 noyabr 2020-ci il tarixində GKİM-in Ağcabədi nümayəndəliyinin birgə təşkilatçılığı ilə torpaqlarımızın düşmən tapdağından təmizlənməsi,şanlı qələbəmiz münasibətilə sərgi təşkil olunub.Azad olunmuş şəhər və yüksəkliklərin işğal olunma və işğaldan azad olunma tarixləri xronoloji ardıcıllıqla qeyd olunmuş, həmçinin həmin ərazilərin yaranma tarixi,sahəsi, həmsərhəd olduğu yerlər,yaşayış məntəqələri haqqında məlumatlar yerləşdirilmişdir.Könüllülər tərəfindən puzzle şəklində Azərbaycan Respublikasının xəritəsi də,hazırlanıb nümayiş etdirilir.Pandemiya qaydaları gözlənilməklə istənilən şəxslər sərgi ilə yaxından tanış ola bilərlər.Qeyd edək ki,sərgi 30 noyabr 2020-ci il tarixədək davam etdiriləcək.

11Sən və başqa 10 nəfərBəyənRəyPaylaş

Rəylər

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi adı ilə rəy yaz

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev MərkəziRovsana Aliyeva yayımladı  · 12 Noyabr 2020  · 12 Noyabr Konstitusiya günü ilə əlaqədar Dünya,Ana və Uşaqlar İctimai birliyinin sədri Dünyaxanım Əliyeva,Yeniləşən Dövlətə dəstək təşkilatının Sumqayıt şəhər nümayəndəliyinin sədri Natiq Zeynaloğlu Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət edib.Mərkəzin baş fond mühafizi Rövşanə Əliyeva ilk öncə Heydər Əliyev Mərkəzi və Mərkəzdə fəaliyyət göstərən kurslar haqqında ümumi məlumat vermiş,kurs üzlərinin əl işləri ilə tanış etmişdir.Daha sonra ekspozisiya zalında yerləşən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verərək bildirilmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı bürüyən xaos və tənəzzülün qarşısı xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gətirilməsindən sonra alındı.Həmçinin bildirilmişdir ki,1995-ci ilin 12 Noyabr tarixində Dahi Liderin təşəbbüsü ilə ilk Milli Konstitusiyamız qəbul edilmişdir.12 fəsil,158 maddədən ibarət olan bu əsas qanunun tam 48 bəndi insan hüquqlarına və onun gerçəkləşdirilməsi təminatlarına həsr edilmişdir.+278People Reached12EngagementsPaylaşımı reklam et9Sən və başqa 8 nəfərBəyənRəyPaylaşRəylərAğcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi adı ilə rəy yaz
Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev MərkəziRovsana Aliyeva yayımladı  · 12 Noyabr 2020  · İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq67People Reached10EngagementsPaylaşımı reklam et9Sən və başqa 8 nəfərBəyənRəyPaylaşRəylərAğcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi adı ilə rəy yaz
Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev MərkəziRovsana Aliyeva yayımladı  · 12 Noyabr 2020  · 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.Azərbaycan Respublikasının ərazisi,vahiddir,toxunulmazdır və bölünməzdir!45People Reached6EngagementsPaylaşımı reklam et5Sən və başqa 4 nəfərBəyənRəyPaylaşRəylərAğcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi adı ilə rəy yaz
Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev MərkəziRovsana Aliyeva yayımladı  · 11 Noyabr 2020  · Ağcabədidə “Zəfər yürüşü” keçirilib. Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev MərkəziGənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin və Ağcabədi rayon YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə sentyabr ayının 27-də başlayan müharibənin, 10 noyabr tarixində şanlı Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələnməsi münasibətilə “Zəfər yürüşü” təşkil edilmişdir. Yürüş, vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq, rayon sakinlərinin müşayiəti ilə Heydər Əliyev meydanından başlamış və Şəhidlər Xiyabanında bitmişdir. Yürüş zamanı sakinlər uzunluğu 50, eni 6 metr olan üç rəngli müqəddəs Azərbaycan bayrağını başları üzərində daşıyaraq yol boyu “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycanın Ali Baş Komandanı”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ən böyük əsgər, bizim əsgər” şüarları səsləndirmişdir.Qələbən mübarək Azərbaycan, yaşasın Azərbaycan Ordusu, var olsun Ali Baş Komandan cənab İlham Əliyev!Qarabağ Azərbaycandır!+1098People Reached36EngagementsPaylaşımı reklam et21Sən və başqa 20 nəfərBəyənRəyPaylaşRəylərAğcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi adı ilə rəy yaz