İdeoloji Mərkəz olaraq “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlərimizin, xüsusən də sərgi, səyyar sərgilərimizin təşkili davam etdirilir. Mərkəzin ekspozisiya zalında ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərindən, onun siyasi sahələrdə yorulmaz fəaliyyətini əks etdirən kitab və jurnallardan, dahi liderin Ağcabədiyə səfərlərindən bəhs edən fotoşəkillərdən, eyni zamanda Mərkəzin kurs üzvlərinin ümummilli liderə həsr olunmuş əl işlərindən ibarət guşə hazırlanıb. Qeyd edək ki, sərgi nümayişi il ərzində davam etdirələcək, hər birinizi sərgimizlə yaxından tanış olmağa dəvət edirik.
27 aprel 2023-cü il tarixində Ağcabədi şəhər 6 saylı Uşaq bağçası körpələr evinin balaca fidanları Mərkəzi ziyarət etdilər. Ziyarət zamanı Rövşanə Əliyeva tərəfindən ziyarətçilərə ulu öndər Heydər Əliyevin uşaqlıq dövrlərdən balacalara ətraflı məlumat verilib. Mərkəzin balaca ziyarətçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dahi liderə həsr olunmuş şeir kompazisiyaları səsləndirilib, biri-birindən maraqlı rəqs nömrələri göstərilib.
Dəyirmi masa Mirzə Ələkbər Sabir adına Təzəkənd kənd uşaq bağçası körpələr evinin kolektivinin və balaca fidanlarının iştirakı ilə baş tutdu. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva qeyd etdi ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, hər zaman sonsuz sevgi və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu dahi lider daim uşaqlara qayğı və diqqət göstərib.
Daha sonra Ələkbər Sabir adına Təzəkənd kənd uşaq bağçası körpələr evinin direktoru Şıxəliyeva Cəmilə, həmin məktəbin musiqi rəhbəri Səxavət Həziyev və Mərkəzin elmi işçisi Ruhin Hüseynov Heydər Əliyevin uşaqlara qayğısından ətraflı danışarq qeyd etdilər ki, bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də, uşaq bağçaları fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi. Sonda uşaqlar Heydər Əliyevin uşaqlıq və gənclik ilərini əhatə edən eksponatlarla yaxından tanış olub, dahi liderə həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbir Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, Aran qəzetinin, Aran Ağcabədi internet tv-nin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialının, Ağcabədi Pedoqoji Kollecinin nümayəndələrinin iştirakı ilə baş tutdu. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva dahi lider Heydər Əliyevin çoxşaxəli ömür yolundan danışaraq qeyd etdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Daha sonra Mərkəzin elmi işçisi Ruhin Hüseynov, Aran qəzetinin müxbiri Rəmziyyə Həsənova qeyd etdilər ki, Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi.
26 aprel 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəznin konfrans otağında İmamqulubəyli kənd tam orta məktəbin şagirdəri Mərkəz əməkdaşları tərəfindən hazırlanan “Xalqa Bağışlanan Ömür” adlı film izlədilər. Film nümayişindən əvvəl Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva tərəfindən ümummilli lider Heydər Əliyevin çoxşaxəli ömür yolu,misilsiz xidmətlərindən şagirdlərə ətraflı məlumat verildi.
Qeyd edək ki, film nümayişləri həftənin 1-ci və 3-cü günləri olmaqla il ərzində həyata keçirələcək.
26 aprel 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon İcra Hakimiyyətinin, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının, Ağcabədi Pedoqoji kollecinin nümayəndələrinin iştirakı ilə “Nurdan yaranıb nura qovuşan insan“ adlı tədbir keçirildi. Tədbir Zərifə xanım Əliyevanın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva Zərifə xanım haqqında ətraflı danışaraq bildirdi ki, görkəmli avtolmoloqun çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Tanınmış alimin bir məqsədi də ondan ibarət idi ki, o, rus həkimlərindən ibarət heyət yaradaraq, onları Azərbaycanın regionlarına aparır¸ müalicə işi təşkil edirdi. Zərifə Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirmiş, bu istiqamətdə apardığı tədqiqatları təkcə nəzəri müddəalarla deyil, həm də o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə fərqlənmişdir. Daha sonra çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Təranə Məmmədova, Aran Ağcabədi tv-nin aparıcısı Pərvin Şakirqızı çıxış edərək, Zərifə Əliyevanın praktik və elmi fəaliyyəti ilə bağlı məlumatları tədbir iştirakçıları ilə bölüşdülər.
Sonda Mərkəz əməkdaşları tərəfindən hazırlanmış “Zərif Ana” adlı videoçarxa baxış keçirildi.
2023-cü il Azərbaycanda iki unudulmaz insanın – müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və xanımı Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyləri qeyd olunur, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Zərifə Əliyeva peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb. Beləliklə, akademik Zərifə Əliyeva cəmiyyətşünas alim, həkim kimi yeni bir nümunə ortaya qoyub. Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-69-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib. Zərifə Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb və bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara.
25 aprel 2023-cü il tarixində Ağcabədi şəhər 9 saylı tam orta məktəbin və Laçın rayon 44 saylı tam orta məktəbin şagirdləri Mərkəzi ziyarət etdilər. Ekskursiya zamanı Ruhin Hüseynov tərəfindən ziyarətçilərə ulu öndər Heydər Əliyevin Azərbəycana sovet hakimiyyəti dövründə rəhbərliyi zamanı gördüyü misilsiz xidmətlərdən ətraflı məlumat verildi.
20aprel 2023-cü il tarixində Ağcabədi şəhər 1saylı tam orta məktəbinin şagirdləri Mərkəzi ziyarət etdilər. Ekskursiya zamanı Ruhin Hüseynov tərəfindən ziyarətçilərə ulu öndər Heydər Əliyevin Azərbəycana sovet hakimiyyəti dövründə rəhbərliyi zamanı gördüyü misilsiz xidmətlərdən, möhtərəm prezidentimiz İlham Əliyevin Ağcabədiyə səfərlərindən ətraflı məlumat verildi, həmçinin sərgiyə baxış keçirildi.