“18 sentyabr – Milli Musiqi günü” ilə əlaqədar olaraq 09 sentyabr 2020-ci il tarixdən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət “Musiqi günümüz” adlı sərgi təşkil edilir.Sərgi 19 sentyabr 2020-ci il tarixədək davam edəcəkdir.Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxslər sərgi ilə tanış ola bilərlər.
Tədbirlər
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin könüllüləri arasında müsabiqə keçirilib.

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərin fəaliyyəti ilə əlaqədar olaraq tədbirlər davam etdirilir. Tədbirlərin davamı olaraq 29 iyul 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin könüllüləri arasında müsabiqə keçirilib. Öncə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxış edərək Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərin fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlər haqqında ətraflı məlumat verdi. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti və Ağcabədi rayon Heydər Əliyev Mərkəzi haqqında ümumi suallar könüllülər tərəfindən fərdi şəkildə cavablandırıldı. Cavablar əsasında Mərkəzin bələdçi vəzifəsi üzrə könüllüsü Quliyeva Günel Pərviz qızı qalib seçildi.Qeyd edək ki, Heydər Əliyev Mərkəzində könüllülərlə bağlı silsilə tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.






Ağcabədi rayon Heydər Əliyev Mərkəzində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində koronavirus (COVİD19)infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Aparılan müvafiq profilaktik tədbirlərin effektvliyinin yüksəldilməsi məqdədilə növbəti dəfə 24 iyul 2020-ci il tarixdə Mərkəzin bütün otaqlarında və ekspozisiya zalında dezinfeksiya işləri aparılmışdır. Dezinfeksiya işləri davam etdiriləcəkdir.




Silahlı Qüvvələr günü münasibətilə videokonfrans keçirilib.
25 iyun 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Ordu Quruculuğu” mövzusunda videokonfrans keçirilib. Oxumağa davam et
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi açılıb.
26 iyun – Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq 17 iyun 2020-ci il tarixdən etibarən Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilir. Qüdrətli Azərbaycan ordusundan və Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətindən bəhs edən kitab və jurnallardan, eləcə də, Oxumağa davam et
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş günü qeyd olunub.
15 İyun Milli Qurtuluş günü münasibəti ilə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində karantin rejimi qaydalarına əməl edilməklə tədbir keçirilib. Oxumağa davam et
“15 İyun –Milli Qurtuluş günü” münasibətilə “Milli Qurtuluş –xalqın zəfəri” başlığı altında videokonfrans keçirilmişdir.
12 iyun 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və nin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilmişdir. Zoom platforması üzərindən “Milli Qurtuluş –xalqın zəfəri” mövzusunda təşkil olunan konfransda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, Oxumağa davam et
Heydər Əliyev Mərkəzində Qurtuluş günü ilə əlaqədar olaraq sərgi təşkil olunur.
15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar olaraq 03 iyun 2020-ci il tarixdən etibarən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət “15 iyun – Xilas Günümüz”” adlı sərgi təşkil edilir.
Sərgi 16 iyun 2020-ci il tarixədək davam edəcəkdir.
Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxslər sərgi ilə tanış ola bilərlər. Oxumağa davam et
Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində sərgi təşkil edilir.
“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilir. Kitab və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət “Dünyanı uşaqlara verək!” adlı sərgi 03 iyun 2020-ci il tarixədək davam edəcəkdir. Oxumağa davam et