Eksponatlar

Hazırda Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 547 ədəd eksponat vardır. Eksponatlar aktlaşdırılmış, elmi təsvir vərəqələri yazılmış, daxilolma kitabına qeyd edilmişdir.

Həmçinin, Heydər Əliyevin Ağcabədiyə səfərlərinə dair materialların toplanması üçün Mərkəzin nəzdində 17 nəfərdən ibarət Tədqiqat qrupu yaradılmışdır. Tədqiqat qrupunun iştirakı ilə Heydər Əliyev ilə bağlı 43 ədəd  foto, 2 ədəd disk, 1 ədəd Heydər Əliyevin 1982-ci ildə Ağcabədiyə səfəri ilə bağlı kinolent  əldə olunmuşdur. Heydər Əliyevin Ağcabədiyə etdiyi bütün səfərlərinə dair fotoşəkillər  AzərTac-ın arxivindən  əldə edilmişdir. Bundan əlavə, həmin səfərlərdən bəhs edən qəzetlər M.F.Axundov adına Milli kitabxananın arxivindən  əldə edilərək surətləri  çıxarılmışdır.

Eyni zamanda, 2008-ci ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun təşəbüssü ilə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən “Heydər Əliyev və Ağcabədi” adlı kitab hazırlanmışdır. Kitab Ümummilli Lider Heydər Əliyev və Ağcabədi mövzusuna həsr olunmuşdur. Dahi Öndərimiz hakimiyyətdə olduğu illərdə altı dəfə Ağcabədiyə səfər etmiş, bu bölgənin zəhmətsevər insanları ilə görüşlər keçirmiş, onların qəlbinə bir məhəbbət körpüsü salmışdır.