Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Muğamı” adlı tədbir keçirildi

12 aprel 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Qarabağ Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi. Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev haqqında ətraflı danışaraq bildirdi ki, danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Rövşanə Əliyeva həmçinin Heydər Əliyevin Muğam sahəsinə verdiyi dəyərdən ətraflı danışaraq qeyd etdi ki, Azərbaycan mədəniyyətinin bugünkü inkişafında, xüsusən də muğam sənətinin dünyada tanıdılmasında ulu öndərin eyni zamanda Mehriban Əliyevanın xidmətləri misilsizdir və “mədəniyyətin hamisi” olaraq dövlət quruculuğu işlərində böyük töhfəsini verməkdədir.

Daha sonra Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev “Heydər Əliyev ili” çərçivəsində Qarabağ Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən, həmçinin muğam sahəsinə veridiyi dəyərlərdən ətraflı məlumat verdi. Qeyd etdi ki Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər muğamın müasir tarixində müstəsna rol oynayır. Məhz onun xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyrimaddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir.

Tədbirin bədii hissəsində Qarabağ Muğam Mərkəzinin səs müəllimi Əhət Təhməzovun ifasında “Ala Göz” və “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnıları səsləndirildi. Həmçinin həmin Mərkəzin 5-ci sinif şagirdi Səbuhi Əliyevin ifasında Heydər Əliyevin sevdiyi nəğmələrdən olan “Küçələrə sus səpmişəm” mahnısı səsləndirildi. Sonda xatirə şəkli çəkdirildi.

Heydər Əliyev İli çərçivəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə “ Heydər Əliyevin Ömür Yoluna Səyahət” başlığı altında ekskursiyalar davam etdirilir



  • 12 aprel 2023-cü il tarixində Laçın rayon Düşərgə məktəbinin şagirdləri Mərkəzi ziyarət etdilər. Ekskursiya zamanı Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən ziyarətçilərə ulu öndər Heydər Əliyevin Azərbəycana sovet hakimiyyəti dövründə rəhbərliyi zamanı gördüyü misilsiz xidmətlərdən, möhtərəm prezidentimiz İlham Əliyevin Ağcabədiyə səfərlərindən ətraflı məlumat verildi.

Heydər Əliyev İli çərçivəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə “ Heydər Əliyevin Ömür Yoluna Səyahət” başlığı altında ekskursiyalar davam etdirilir

11 aprel 2023-cü il tarixində Uşaq Gənclər İnkişaf Birliyinin şagirdləri Mərkəzi ziyarət etdilər. Ekskursiya zamanı Rövşanə Əliyeva tərəfindən ziyarətçilərə ulu öndər Heydər Əliyevin Azərbəycana sovet hakimiyyəti dövründə rəhbərliyi zamanı gördüyü misilsiz xidmətlər haqqında ətraflı məlumat verildi.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində ”Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirildi

10 aprel 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi şəhər uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” mövzusunda tədbir təşkil edilib.

Tədbir Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, Ağcabədi şəhər uşaq musiqi məktəbinin, Aran Ağcabədi Televiziyasının nümayəndələrinin iştirakı ilə baş tutub. İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva ümummilli liderin xalqımız üçün gördüyü misilsiz xidmətlərdən, milli musiqi sənətinə vermiş olduğu dəyərdən ətraflı söhbət açıb. Rövşanə Əliyevə qeyd edib ki, dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi dahi şəxsiyyətin adı ilə bağlıdır.

Daha Aran Ağcabədi Televiziyasının redaktoru Gündüz Nəcəfov, Ağcabədi şəhər uşaq musiqi məktəbinin tar müəllimi Tohid Hüseynov çıxış edərək, Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən, Azərbaycan bəstəkarlarına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bəstəkar və musiqişünaslara qayğı ilə yanaşıb. Sovet dövründə nüfuzlu teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, musiqilərinin səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilib.

Onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRİ-də deyil, dünyada tanındı. Neçə-neçə bəstəkarımız SSRİ Xalq artisti adına layiq görüldü. İttifaqın ən yüksək orden və medalları ilə təltif olundular. Üç böyük bəstəkarımız – Qara Qarayev, Niyazi və Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görüldülər.

Tədbirin bədii hissəsində Ağcabədi şəhər uşaq musiqi məktəbinin şagirdlərinin: Məmmədova Fidanın pioninada Fikrət Əmirovun miniatür vals bəstəsi, Hüseynov Nazimin tarda Adil Gəyarın bağça kürd bəstəsini ifa etməsi və həmin məktəbin xor kollektivinin “Çırpınırdı Qara Dəniz ” mahnısı ilə tədbirə xoş ovqat qatdı. Sonda xatirə çəkdirildi.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirildi

08 aprel 2023-cü il tarixində Laçın rayon 37 nömrəli tam orta məktəbin nümayəndələrinin həmçinin Mərkəzin kurs üzvlərinin iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində tədbir təşkil edildi. İlk öncə Mərkəzin ekspozisiya zalında yerləşən ulu öndərin büstü önünə gül dəstələri düzüldü.

Tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Mərkəzin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva Mərkəzdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Heydər Əliyevin ömür yolundan bəhs edən məruzəçi qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərib. Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürüb.

Daha sonra Laçın rayon 37 nömrəli tam orta məktəbin tarix müəllimi Əbülfət Musayev, məktəbin şagirdi Aysun Axundova və Mərkəzin əməkdaşı Ruhin Hüseynov çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib. Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz Heydər Əliyev idi. Onun müdrik daxili və xarici siyasəti, yaratdığı sabitlik təhsilin inkişafına əlverişli zəmin yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində də islahatın memarı və qurucusu idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində tənəzzülün, depresiyanın qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yaradıb.

Tədbirin bədii hissəsində məktəbin şagirdi Aysel Axundova tərəfindən səsləndirilən dahi liderə həsr olunmuş şeir tədbirə xoş ovqat qatdı, sonda xatirə şəkli çəkdirildi.

Heydər Əliyev İli çərçivəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə “ Heydər Əliyevin Ömür Yoluna Səyahət” başlığı altında ekskursiyalar davam etdirilir

08 aprel 2023-cü il tarixində Laçın rayon 37 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Mərkəzi ziyarət etdilər. Ekskursiya zamanı Rövşanə Əliyeva tərəfindən ziyarətçilərə ulu öndər Heydər Əliyevin Ağcabədiyə səfərlərindən, Azərbəycana sovet hakimiyyəti dövründə rəhbərliyi zamanı gördüyü misilsiz xidmətlər haqqında ətraflı məlumat verildi.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində ”Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər davam etdirilir

08 aprel 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Və Azərbaycan Mədəniyyəti” adlı tədbir keçirildi.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva dahi liderin ömür yolundan, mədəniyyət sahəsinə vermiş olduğu dəyərdən ətraflı söhbət açdı.

Daha sonra Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbinin direktoru Məhbubə Əliyeva, l Qarabağ müharibəsi iştirakçısı Valeh Nağıyev, Mərkəzin elmi işçisi Ruhin Hüseynov çıxış edərək güclü siyasətçi Heydər Əliyevin elm, təhsil, mədəniyyət,ordu quruculuğu və digər sahələrdəki əvəzsiz xidmətləri haqqında bəhs etdilər.

Tədbirin bədii hissəsində Mərkəzin Rəqs kollektivi “Xarıbülbül” rəqs nümunəsi ilə, Hacıbədəlli kənd uşaq musiqi məktəbinin xor kollektivi isə “Ulu Öndər” mahnısı ilə tədbirə xoş ovqat qatdılar. Sonda tədbir iştirakçıları Mərkəzin foyesində sərgilənən “Heydər Əliyev – 100” adlı sərgi ilə yaxından tanış oldular.

“Heydər Əliyev İli” ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə “Heydər Əliyevin Ömür Yoluna Səyahət” başlığı altında ekskursiyalar davam etdirilir

Bu gün YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və gənclərin bir qrupu əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra gənclər Heydər Əliyev mərkəzinə gələrək Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmiş guşə və muzeyin eksponatlarlı ilə tanış olublar.

Mərkəzin əməkdaşı Səbinə Mamedova ziyarətçilərə ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətləri barədə məlumat verib.

Ziyarətin sonunda Heydər Əliyev mərkəzinin qarşısında xatirə şəkli çəkilib.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli “ ilə əlaqədar tədbir keçirildi

05 aprel 2023-cü il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və Ağcabədi rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Dahilər Dahisi Çağrılır Adın ” adlı tədbir keçirildi. Tədbir Ağcabədi rayon Gənclər və İdman İdarəsinin, Laçın rayon 23 nömrəli tam orta məktəbinin, Yap Ağcabədi rayon təşkilatının və Ağcabədi Pedoqoji Kollecinin nümayəndələrinin iştirakı ilə baş tutdu. İlk öncə Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir qəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva Heydər Əliyevin çoxşaxəli ömür yolundan ətraflı bəhs edərək bildirdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Daha sonra YAP Ağcabədi raon Təşkilatının aparat rəhbəri Nazim Bünyatov, Ağcabədi rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov, Laçın rayon 23 nömrəli tam orta məktəbin direktoru Sədaqət Məhərəmova çıxış edərək bildirdilər ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Sonda Laçın rayon 23 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş şeir kompazisiyası səsləndirildi, iştirakçılar dahi lider Həydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi ilə yaxından tanış oldular.