Heydər Əliyev Mərkəzi Xocalı soyqırımı ilə bağlı fləşmob keçirib

Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər davam edir. 24 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq” dərnəyinin üzvlərinin və Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin iştirakı ilə “Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Meydanında fləşmob keçirilib.

Oxumağa davam et

Tələbələr “Anım günü” ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət ediblər

1Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir.

Tədbirlər planına uyğun olaraq Mərkəzə ekskursiyalar təşkil edilir. 11 dekabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi Filialının Rİ 201-ci qrup və Ağcabədi Pedoqoji Kollecinin 531-ci qrup (Fiziki tərbiyə) tələbələri Mərkəzimizdə oldular.

Oxumağa davam et

Ağcabədi Pedoqoji Kollecinin tələbələri Heydər Əliyev Mərkəzində olublar

10Ulu Öndər Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq 09 dekabr 2015-ci il tarixdə Ağcabədi Pedoqoji Kollecinin 806-cı qrup tələbələri Mərkəzimizə ekskursiya etdilər.

Tələbələr əvvəlcə foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Daha sonra ekspozisiya zalında tələbələrə Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş və dolğun məlumat verildi.

Oxumağa davam et