Heydər Əliyev Mərkəzində 9 noyabr – Dövlət Bayrağı günü münasibətilə sərgi təşkil edilib

19 noyabr – Dövlət Bayrağı günü münasibətilə 8 noyabr 2016-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən açıq havada sərgi təşkil edilmişdir.

Sərgidə Mərkəzdə fəaliyyət göstərən dərnəklərin, o cümlədən şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin dövlət bayrağına həsr etdikləri əl işləri və rəsm əsərləri sərgilənmişdir.

Sərgi məktəblilərin, Mərkəzə ekskursiya edən qonaqların, ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

Oxumağa davam et

Milli Arxiv İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

whatsapp-image-2016-10-11-at-13-48-4011 oktyabr 2016-cı il tarixdə Azərbaycan Milli Arxiv İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.

Öncə Mərkəzin ekspozisiya zalı ilə tanış olan qonaqlara Mərkəzin direktoru Məhsəti Musa tərəfindən Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş və dolğun məlumat verildi.

Daha sonra qonaqlar Mərkəzdə fəaliyyət göstərən dərnəklərin üzvlərinin əl işlərindən ibarət sərgi tanış olmuşlar. Oxumağa davam et

Həvəskar aktyorluq və bədii qiraət kursunda dərs günü – FOTOLAR

10 oktyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bəddi qiraət” kursunda növbəti dərs keçilib. Oxumağa davam et

Heydər Əliyev Mərkəzində növbəti dərs keçirildi

1004 oktyabr 2016-cı il tarixdə Mərkəzdə fəaliyyət göstərən “Tikiş” kursunda yeni tədris ilinin ilk dərsi keçirilib.

İlk dərs zamanı kurs rəhbəri Lalə Bağırova kursun ötən ilki nəticələri, bu ilki məqsədləri və dərs proqramı haqqında kurs üzvlərinə ətraflı məlumat vermişdir.
Oxumağa davam et

Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunda ilk dərs keçirildi

 

3Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtarının səmərəli keçirməsi, maraqlarına uyğun bilik və peşə qazanmaları məqsədilə “Həvəskar aktyorluq və bədii qiraət”, “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Maraqlar üzrə əl işləri” və  “Xalçaçılıq” kursları fəaliyyət göstərir.

03 oktyabr 2016-cı il tarixdən etibarən Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunda yeni tədris ilinin ilk dərsi keçirilib. Oxumağa davam et

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni tədris ilində fəaliyyətə başlayacaq kurslar ilə əlaqədar olaraq tədbir təşkil edilib

1201 oktyabr 2016-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni tədris ilində fəaliyyətə başlayacaq kurslarla əlaqədar olaraq kurs rəhbərlərinin və üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzin direktoru Məhsəti Musa açaraq bildirmişdir ki, Mərkəz fəaliyyətə başlandığı gündən etibarən yeniyetmə və gənclərimizin vətənpərvər, sağlam ruhlu və sağlam düşüncəli gənclik kimi yetişməsi, asudə vaxtlarının daha səmərəli keçirməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Oxumağa davam et

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü” ilə əlaqədar olaraq tədbir təşkil edilib

627 sentyabr 2016-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü”  ilə əlaqədar olaraq tədbir təşkil edilmişdir.

Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi tədbirdə  27 sentyabr Ümumdünya Turizm günü haqqında ətraflı məlumat verilərək bildirildi ki, 1925-ci ildən etibarən Cenevrə şəhərində müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə isə Təşkilat tərəfindən 27 sentyabr tarixi Ümumdünya Turizm Günü kimi təsis edilib. Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Oxumağa davam et

Beyəlxalq Sülh günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilib

121 sentyabr Beynəlxalq Sülh günüdür. BMT tərəfindən 1981-ci ildə təsis edilən sülh günü ilk dəfə həmin ilin sentyabrında qeyd olunub.

2001-ci ildə isə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 21 sentyabr tarixi BMT tərəfindən Beynəlxalq Sülh günü kimi müəyyənləşdirilib və bu tarixi ümumdünya atəşkəs günü elan edilib.
Oxumağa davam et

“Üzeyir günləri” ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində film nümayişi davam edir

3Dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəyovun anadan olmasının 131 illik yubileyi ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 20 sentyabr 2016-ci il tarixindən etibarən başlanan film nümayişləri davam edir.

Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” və “Arşın mal alan” filmləri Ağcabədi şəhər ümumtəhsil məktəbliləri üçün nümayiş etdirilir. Oxumağa davam et