Ağcabədidə Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü qeyd olunub – FOTOLAR

1Ağcabədi rayon ictimaiyyəti, əmək kollektivləri Heydər Əliyev adına meydanda Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyub, dahi rəhbərə öz sevgi və məhəbbətlərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət evində davam edən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, Heydər Əliyevin zəngin həyatından, Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevə olan xalq sevgisi zaman ötdükcə daha da çoxalır. Nə qədər ki, bu xalq var, Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən-nəslə ötürüləcək.

Oxumağa davam et

Ağcabədi rayonunda şəhid torpağa tapşırıldı FOTO – VİDEO

7Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan 1990-cı il təvəllüdlü Qarayev Dilsuz Məmmədağa oğlu bu gün dəfn olunub. Şəhid doğulduğu Ağcabədi rayon Hindarx qəsəbəsində torpağa tapşırılıb. Onun dəfnində Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları, kənd İcra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və hərbiçilərdən ibarət 10000 nəfərdən çox rayon sakini,şəhidin qohumları, dostları iştirak ediblər. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Oxumağa davam et