Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmadan fəaliyyət və müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və tarixinin çoxcildli salnamələrinin ən şərəfli səhifəsinə əməlləri ilə yazdıran böyük lider oldu. Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli–mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Ulu Öndərin bənzərsiz ömür yolu, gərgin ictimai-siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir.
Anım günü
Ümummilli Liderin xatirəsi Heydər Əliyev Mərkəzində anılıb – VİDEO
Bu gün Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərliyi, hərbi hissələrin zabit və əsgər heyəti, rayon idarə və müəssisələrinin kollektivləri, o cümlədən, rayon sakinləri Heydər Əliyev Mərkəzində oldular.
Xalqa Bağışlanan Ömür
12 dekabr “Anım günü” ilə əlaqədar Ulu Öndər Heydər Əliyev həsr olunmuş qısa film
Tələbələr “Anım günü” ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir.
Tədbirlər planına uyğun olaraq Mərkəzə ekskursiyalar təşkil edilir. 11 dekabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi Filialının Rİ 201-ci qrup və Ağcabədi Pedoqoji Kollecinin 531-ci qrup (Fiziki tərbiyə) tələbələri Mərkəzimizdə oldular.
YAP Ağcabədi rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir
Dekabr ayının 10-da YAP Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə anım tədbiri keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Ağcabədi Pedoqoji Kollecinin tələbələri Heydər Əliyev Mərkəzində olublar
Ulu Öndər Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq 09 dekabr 2015-ci il tarixdə Ağcabədi Pedoqoji Kollecinin 806-cı qrup tələbələri Mərkəzimizə ekskursiya etdilər.
Tələbələr əvvəlcə foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Daha sonra ekspozisiya zalında tələbələrə Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş və dolğun məlumat verildi.