Yeni il və “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibəti ilə hərbiçilər üçün bayram konserti təşkil edilib

1129 dekabr 2015-ci il tarixdə Ağcabədi rayon “N” saylı hərbi hissəsində Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə bayram konserti təşkil edilmişdir.

Bayram konserti Ağcabədi rayon İcra Hakimiyyəti, Qarabağ Muğam Mərkəzi, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə həyata keçirilmişdir.

Oxumağa davam et

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Mərkəzimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib

1Bu gün Heydər Əliyev Mərkəzində Yeni il və “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə  xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi.

“Ağcabədi Günərzi Qayğı Mərkəzi” ilə birgə təşkil olunan tədbir Dövlət himnin səsləndirilməsi ilə açıq elan olundu. Giriş sözü ilə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva qonaqları qarşıdan gələn yeni il və həmrəylik günü münasibətilə təbrik etdi və bu kimi tədbirlərin davamlı olacağını söylədi. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Gündüz Sevindik və “Günərzi Qayğı Mərkəzi”nin direktoru Aytən Abışova çıxış edərək balacalara uğurlar arzuladılar.

Oxumağa davam et