1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident Heydər Əliyevin imzaladığı fərmana uyğun olaraq 26.02.2016-cı il tarixdə Ağcabədi rayonunda Xocalı soyqrımı qurbanları bir dəqiqəlik sükutla yad edildi.
Flashmob
Heydər Əliyev Mərkəzi Xocalı soyqırımı ilə bağlı fləşmob keçirib
Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər davam edir. 24 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq” dərnəyinin üzvlərinin və Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin iştirakı ilə “Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Meydanında fləşmob keçirilib.