20 fevral 2016-cı il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin, GTM Qarabağ ofisinin, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Qarabağ tariximizi öyrənirik – Xocalı” adlı intellektual yarış keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Xocalı soyqırımı zamanı həlak olan insanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.