Heydər Əliyev Mərkəzində Füzuli və Cəbrayıl rayonlarının işğalının 23-cü ildönümü qeyd olundu

723 avqust 2016-cı il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Füzuli və Cəbrayıl rayonlarının işğalının 23-cü ildönümü ilə əlaqədar olaraq dəyirmi masa keçirilmişdir.

Tədbirdə əvvəlcə Qarabağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Oxumağa davam et

Ağcabədi rayon Hindarx qəsəbəsində şəhid Qarayev Dilsuz Məmmədağa oğlunun dəfn mərasimi

Ağcabədi rayonunda şəhid torpağa tapşırıldı FOTO – VİDEO

7Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan 1990-cı il təvəllüdlü Qarayev Dilsuz Məmmədağa oğlu bu gün dəfn olunub. Şəhid doğulduğu Ağcabədi rayon Hindarx qəsəbəsində torpağa tapşırılıb. Onun dəfnində Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları, kənd İcra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və hərbiçilərdən ibarət 10000 nəfərdən çox rayon sakini,şəhidin qohumları, dostları iştirak ediblər. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Oxumağa davam et