Heydər Əliyev Mərkəzində 9 noyabr – Dövlət Bayrağı günü münasibətilə sərgi təşkil edilib

19 noyabr – Dövlət Bayrağı günü münasibətilə 8 noyabr 2016-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən açıq havada sərgi təşkil edilmişdir.

Sərgidə Mərkəzdə fəaliyyət göstərən dərnəklərin, o cümlədən şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin dövlət bayrağına həsr etdikləri əl işləri və rəsm əsərləri sərgilənmişdir.

Sərgi məktəblilərin, Mərkəzə ekskursiya edən qonaqların, ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

Oxumağa davam et

Beynəlxalq Sülh Günü sərgisi – ELAN

1

Əziz Ağcabədililər, sizi Beynəlxalq Sülh Günü ilə əlaqədar Mərkəzimizdə təşkil olunan sərgiyə dəvət edirik.

Sərgi 9 sentyabr tarixindən ayın sonunadək davam edəcək. Həftə içi saat 10:00-dan 18:00-dək, şənbə günləri 13:00-dək gəlib sərgiyə baxa bilərsiniz.

Ünvan: Ağcabədi şəhər, Heydər Əliyev Prospekti 217

Oxumağa davam et

Ümumrayon tədbirində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi sərgi rayon sakinləri tərəfindən maraqla qarşılanıb

115 iyun 2016-ci il tarixdə Ağcabədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Toxuculuq”, “Maraqlar üzrə əl işləri”, “Tikiş” və “Rəsm” dərnəklərin üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilmişdir.

Oxumağa davam et

Heydər Əliyev Mərkəzində “Ən gözəl gül” adlı sərgi müsabiqə keçirilib

DSCN6872Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 93 illiyi ilə bağlı silsilə tədbirlər davam edir.

07 may 2016-cı il tarixdə daha bir sərgi müsabiqə keçirildi. Açıq havada keçirilən “Ən gözəl gül” adlı müsabiqədə müxtəlif əl işləri rəsm əsərləri, toxunma güllər, lentlər, daşlar, balıqqulağı, şüşə və digər qarışıq materiallardan hazırlanmış gül kompozisiyaları yer almışdır.

Oxumağa davam et

Heydər Əliyev Meydanında Novruz bayramı münasibətilə sərgi təşkil olunub

111 mart 2016-cı il tarixindən etibarən Heydər Əliyev Meydanında Ağcabədi rayon Heydər Əliyev Mərkəzi Novruz bayramı münasibətilə sərgi təşkil etmişdir. Sərgidə Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyinin və Ağcabədi şəhər sakini N.Ağayevin şəxsi kolleksiyasına aid qədim mis və saxsı qablar, kilimlər və digər qədim əşyalar nümayiş etdirilir.

Sərgi 19 mart 2016-cı il tarixinədək davam edəcək.

Oxumağa davam et

Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib

2025 fevral 2016-cı il tarixdə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Mərkəzinin binasının qarşısında açıq havada sərgi təşkil edilib. Gün ərzində davam edən sərgi zamanı vətənpərvərlik və döyüş ruhlu musiqilərin sədası altında Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Xocalı harayı” adlı müsabiqədə iştirak edən şagirdlərin çəkdiyi rəsmlər, faciəni əks etdirən fotoşəkillər sərgilənib.

Müxtəlif idarə, müəssisə və təşkilat nümayəndələri, məktəblilər, tələbələr, şəhər əhalisi sərgi ilə tanış olduqdan sonra “Soyqırımlarına son!” şüarı yazılmış lövhəyə imzalarını atmışlar.

Oxumağa davam et

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Mərkəzimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib

1Bu gün Heydər Əliyev Mərkəzində Yeni il və “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə  xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi.

“Ağcabədi Günərzi Qayğı Mərkəzi” ilə birgə təşkil olunan tədbir Dövlət himnin səsləndirilməsi ilə açıq elan olundu. Giriş sözü ilə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva qonaqları qarşıdan gələn yeni il və həmrəylik günü münasibətilə təbrik etdi və bu kimi tədbirlərin davamlı olacağını söylədi. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Gündüz Sevindik və “Günərzi Qayğı Mərkəzi”nin direktoru Aytən Abışova çıxış edərək balacalara uğurlar arzuladılar.

Oxumağa davam et

Mərkəzimizdə sərgi təşkil ediləcək – ELAN

1

Yeni il və “31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” münasibətilə 22 dekabr 2015-ci il saat 15:00-da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Ağcabədi Günərzi Qayğı Mərkəzi”nin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil ediləcək.

Hər kəsi bu sərgiyə dəvət edirik.

Oxumağa davam et

Mərkəzimizdə “Dəstək olaq, inkişaf edək” adlı tədbir keçirilib

494 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində  “Dəstək olaq, inkişaf edək” adlı tədbir keçirilmişdir. 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun “İstedadlı gənclərə dəstək” fərdi layihəsinə kömək məqsədilə həyata keçirilən tədbirdə Heydər Əliyev Mərkəzinin “Əl işi”, “Rəssamlıq”, “Toxuculuq”, “Tikiş” dərnəklərinin şagirdlərinin əl işləri  sərgiləndi.

Oxumağa davam et