Ağcabədidə “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib

İyunun 23-də Silahlı Qüvvələr günü münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, YAP Ağcabədi rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatının iclas zalında “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, “N” saylı hərbi hissənin zabit və əsgər kollektivi, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, eləcə də mətbuat mənsubları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Umummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.

Sonra qonaqlar YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilmiş səyyar sərgi ilə tanış olublar.

Konfransı açıq elan edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhadətə ucalan qəhrəman Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra nitqini davam etdirən Rövşən Əhmədov çıxışında 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldığını bildirib. Rövşən Əhmədov vacib bir məqama da toxunaraq qeyd edib ki, 1994-cü il may ayının 12-də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Azərbaycanda ordu quruculuğunun sürətlənməsi, maddi-texniki təminatın yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, bir sözlə, Milli Ordumuzda döyüş ruhunun yüksəlməsinə səbəb olub. YAP Ağcabədi rayon təşkilatının sədri təməli Ulu Öndər tərəfindən qoyulan hərbi sahədəki islahatların onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, görülən işlərin məntiqi nəticəsinin 2020-ci ilin sentyabr ayında başlayan və cəmi 44 gündə Qəhrəman Ordumuzun Şanlı Qələbəsi ilə başa çatmasına gətirib çıxardığını vurğulamışdır.

Konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Qabil Rzayev, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, “N” saylı hərbi hissənin qərargah rəisi Vüqar Tağıyev və komandir müavini Elcan İsayev, şəhid atası Rəşad Rəhimov, Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, I Vətən müharibəsi qazisi Ramil Nağıyev Ümummilli Liderin ordu quruculuğunun inkişafı üçün gördüyü əvəzsiz xidmətlər, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən oğullarının düşmən üzərində qazandığı qələbə haqqında ətraflı məlumat veriblər.

Çıxışlardan sonra Müzəffər Azərbaycan Ordusuna həsr edilmiş film nümayiş olunub.

Konfrans iştirakçıları yekunda xatirə şəkli çəkdiriblər.

Ağcabədidə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş sərgi təşkil edilib

22 iyun 2023-cü il tarixindən Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş ” Ordum varsa yurdum var ” adlı sərgi nümayişinə başlanılıb. Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş ölkəmizdə ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar, dövri mətbuat materialları və Mərkəzin Rəsm kurs üzvlərinin müxtəlif texnikalarla çəkilmiş rəsm əsərləri nümayiş olunur. Sərgidə həmçinin Ulu Öndərin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələri, 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ordumuzun keçdiyi şərəfli döyüş yolu haqqında sərgi nümunəsi nümayiş etdirilir. Sərgi 03 iyul 2023-cü il tarixinədək nümayiş etdiriləcək.

Ağcabədidə “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda dəyirmi masa keçirildi

21 İyun 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində YAP Ağcabədi rayon Təşkilatının, Aran Ağcabədi Tv-nın, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının, GİKM-ın Ağcabədi nümayəndəliyinin əməkdaşlarının iştrakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva qeyd etdi ki, narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gənclik yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək lazımdır. Daha sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Aran Ağcabədi Tv-nin aparıcısı Pərvin Şakirqızı, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Xədicə Qasımova və Mərkəzin bələdçisi Səbinə Mamedova narkomaniya haqqında ətraflı çıxış edərək bildirdilər ki, şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, insanın cəmiyyətə atılmazdan əvvəl aldığı ilkin tərbiyə, şüurunda həkk olunan öyüd-nəsihət və oturub-durduğu mühit onun sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ailə tərbiyəsi və ata faktoru, hər bir uşağın sonrakı taleyində lokomotiv rolunu oynayır. Bu fakt mübahisəsiz belədir. Çünki məhz ailə mühiti və ailə tərbiyəsi, insanın cəmiyyətdəki sonrakı fəaliyyətində, sözün əsl mənasında, mənəvi vəsiqə xarakteri daşıyır. Hər bir uşağın, yeniyetmə və gəncin sabahın dəyərli, ağıllı insanı olması, eyni zamanda qatilə, narkomana və oğruya çevrilməsi, ilk əvvəl evdə aldığı tərbiyədən, evin kandarından o tərəfdə oturub-durduğu insanlardan hansı vərdişlər “əxz etməsindən” çox asılıdır. Elə gənclərin də arzuolunmaz yollara düşməsinin əsas səbəbi zəif valideyn nəzarəti və onu ağuşuna alan mənfi mühitdir. İnternet dövründə, demək olar ki, ailələrin uşaqlar üzərində nəzarəti olduqca zəifdir. Natiqlər həmçinin vurğulayıblar ki, bu gün gənclər arasında bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməyi ilə bir çox gənclərimiz bu bəladan həm özlərini həm də, ətrafındakıları qorumağa çalışırlar.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi

09 iyun 2023-cü il tarixində Ağcabədi şəhər Uşaq musiqi məktəbinin, Uşaq Gənclər inkişaf Mərkəzinin, Şəhər bağçalarının,YAP Ağcabədi rayon Təşkilatının, Ağcabədi Rəsm Qalareyasının və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivinin iştiraki ilə “Qurtuluş Tariximiz” mövzusunda tədbir keçirildi. Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva qurtuluş tariximizdən ətraflı danışaraq bildirdi ki, İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən dahi lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Daha sonra YAP Ağcabədi rayon Təşkilatının aparat rəhbəri Nazim Bünyatov və Mərkəzin elmi işçisi Ruhin Hüseynov çıxış edərək qeyd etdilər ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Tədbirin bədii hissəsində Ağcabədi şəhər Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında Elşad Baratın “Onu Zaman Seçib” adlı şeir kompazisiyası səsləndirildi. Sonda Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Deyəndə Səni Düşünürük Biz” adlı inşa-yazı müsabiqəsinin qalibləri 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Əliyeva Aysel Hüseyn qızı 1-ci yer, Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Hacızadə Sevinc Ceyhun qızı 2-ci yer və S.Vurğun adına 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Abdullayev Cahid Rüsəm oğlu 3-cü yer olmaqla Mərkəzin diplomları ilə təltif olundu. Tədbir iştirakçıları həmçinin “Qurtuluşdan Başlayan Tərəqqi” adlı sərgi ilə yaxından tanış oldular.

Xalqımızı nicata aparan yol

“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” – Ulu Öndər Heydər Əliyev.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.

1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ümummilli lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.

Məhz ulu öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Ümummilli liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.

Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Ağcabədidə“ Qurtuluşdan başlayan tərəqqi ” adlı sərgi nümayişinə başlanılıb

15 İyun – Milli Qurtuluş günü ilə əlaqədar olaraq 07 iyun 2023 – cü il tarixdən etibarən Ulu Öndər Heydər Əliyevin həyatından və ictimai-siyasi fəaliyyətindən bəhs edən nəşr əsərləri, fotolar, kitab, jurnal, dövlət rəmzlərini əks etdirən müxtəlif xarakterli əl işlərindən ibarət “ Qurtuluşdan başlayan tərəqqi ” adlı sərgi nümayişinə başlanılıb.

Sərgi nümayişi 16 iyun 2023- cü il tarixədək davam etdiriləcək.

06 iyun 2023-cü il tarixində Mərkəzin Rəsm və Rəqs kurslarının növbəti məşğələsi keçirildi

Ağcabədidə “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirildi

06 iyun 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil idarəsi Ağcabədi rayon Təhsil sektorunun, Aran Ağcabədi TV-nın, Aran qəzetinin, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin, M.Aranlı adına 11 saylı tam orta məktəbin nümayəndələrinin iştirakı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!” mövzusunda dəyirmi masa keçilirdi. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva qeyd etdi ki, Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tarixi və əlamətdar günlərlə yanaşı maarrifləndirici tədbirlər də, həyata keçirilir, bugünkü tədbirimiz də, həmin tədbirlərin bir qolu olan narkomaniyayla mübarizəyə həsr olunmuş tədbirdir. Müasir dövrümüzün ağır bəlalarından biri olan, el arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Uzun illərin elmi araşdırmaları göstərir ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnmısinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir.

Daha sonra çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Ülkər Kərimova, Qarabağ Regional Təhsil idarəsi Ağcabədi rayon Təhsil sektorunun metodisti Tofiq Zeynalov, Aran Ağcabədi Tv-nın redaktoru Gündüz Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova çıxış edərək bildirdilər ki, narkomaniya ilə mübarizə mövzusunda rayonumuzda mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Natiqlər həmçinin narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Tədbir iştirakçıları yeniyetmələrin bu təhlükəli bəlaya düçar olmasının qarşısının alınması məqsədilə bu tip tədbirlərin vaxtaşırı keçirilməsini məqsədəuyğun hesab edib.

2023-cü ilin “Heydər Əliyev İli ” elan olunması ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon Qeydiyyat Şöbəsi ilə birlikdə yeni doğulmuş uşaqlar üçün doğum haqqında şəhadətnamələr təqdim olunur

Bu gün daha iki ailəyə övladının doğum haqqında şəhadətnaməsi Ağcabədi rayon Qeydiyyat Şöbəsinin müdiri, ədliyyə müşaviri İslam Əhmədov tərəfindən təqdim edildi. Təbrik edir, sağlam və xoşbəxt böyüməyini arzulayırıq.