Ağcabədi rayonu

 

1
Ağcabədi rayon İcra Hakimiyyəti

Azərbaycan Respublikasının  ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun  ərazisi 1756 kv.km–dir, əhalisi 129324 nəfərdir.

Məşğul əhalinin əsas hissəsi  səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən  sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.

Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən  və  44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı, Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar, Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar, Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli, Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri) ibarətdir.

290px-Agcabadi
Ağcabədi rayonu

Rayon ərazisində 216 idarə və müəssisə,  6 bank filialı, 2 rabitə müəssisəsi,  1 mehmanxana fəaliyyət göstərir.

Rayon ərazisində sutkalıq istehsal gücü 250 ton olan ATENA süd məhsulları zavodu, sutkalıq istehsal gücü 20 ton olan Ağcabədi Süd emalı zavodu,  5000 tonluq taxıl anbarı, 1000 tonluq soyuducu anbar və Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı, istehsal gücü saatda 50 ton olan asfalt zavodu tikilib istifadəyə verilmişdir. Ağcabədi Olimpiya İdman Kompleksinin,  Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon Yanğından Mühafizə hissəsi üçün yeni binanın  tikintisi aparılır. 
Respublikada ilk pilot taxılçılıq təsərrüfatı Ağcabədi rayonunda yaradılmış və ötən il “Qarabağ-Taxıl” MMC-nin əkdiyi taxıl sahələrindən 54,7 sentner məhsul əldə olunmuşdur. 

Ağabəyli kəndi ərazisində “Aqat-Aqro” MMC-nin heyvandarlıq kompleksi istifadəyə verilmiş, hazırda həmin kompleksdə 4000 baş iribuynuzlu heyvan saxlanılır. “BMS Aqro” MMC tərəfindən 4000 başlıq südlük keçi təsərrüfatının ilk mərhələsi üçün 2013-cü ildə Hollandiyadan və Fransadan gətirilmiş 1294 baş damazlıq keçi saxlanılır.

Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək zavodunun, Rəncbərlər kəndi ərazisində 5000 tonluq soyuducu anbarın tikintisində tamamlama işləri  aparılır.

Hazırda rayon üzrə məşğul əhalinin sayı 69708 nəfər, o cümlədən sənayedə çalışanların sayı 717   nəfər, kənd təsərrüfatında çalışanların sayı 32694 nəfər, tikintidə  431 nəfər, nəqliyyat və rabitədə 195 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5686 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1174 nəfər, kreditləşmə maliyyə və sığortada 147 nəfər, İdarəetmə orqanları aparatında 521 nəfər, ticarət və xidmət sahələrində 3655 nəfər, digər sahələrdə   24488  nəfərdir.