Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi I dövr

6

Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq  üçün bütün bir xalqın, ölkənin tarixini yazmaq lazım  gəlir. Heydər Əliyev məhz belə xoşbəxt adamlardan idi.

Keçən XX əsrin 30 ili Azərbaycan tarixi üçün Heydər Əliyev dövrü olub. Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi  hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki  misilsiz xidmətləri ilə  hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.

Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir.

Ulu öndərimiz birinci dəfə hakimiyyətə gələndə –  60-cı illərin axırlarında  Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı.

1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın  I katibi seçildi. Azərbaycan haqqında nəinki  keçmiş ittifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı: Bura təkcə ”Neft Bakısı deyil”, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri  yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək taleyi baxımından  başlıca məzmunu azərbaycançılıqdır. Heydər  Əliyev o dövrdə mövcud olan ideologiyanın qalibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə alt qatda ona müxalif qalaraq Azərbaycanda milli ruhun  tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə onu yüksəltmək  yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.

Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.

1969-cu ildə Azərbaycan KP MK–nın I katibi Vəli Axundovun istefaya göndərilməsi qərara alınır. Onun yerinə qoyulacaq şəxsi Sov. KP MK-nın I katibi Brejnev özü həll etməli idi. 1967-ci ilədək Bakıda  DTK-nın sədri işləmiş, Brejnevin yaxın dost Seymon Sviqun Heydər Əliyevi çox yaxşı tanıyırdı. Məhz Sviqun Heydər Əliyevin Azərbaycanda partiya işinə irəli çəkilməsini məsləhət görür və Andropov da bu fikri müdafiə edir.

Baxmayaraq ki, Heydər Əliyevi millətçiliklə mübarizə üçün etibarlı şəxs bilərək bu vəzifəyə seçirlər. Amma Heydər Əliyev qəlbində həmişə millətçi-azərbaycanlı olaraq qalır.(Pis mənada millətçi yox, sadəcə öz millətinə sadiq insan kimi). Odur ki, o, millətçiliklə mübarizə üçün göndərilsə də, tezliklə bu kompaniyanı korrupsiyaya qarşı mübarizəyə çevirə bildi.

1969-cu il iyulun 14-də Azərbaycan tarixinin “Əliyev  dövrü “ başlandı. O dövrün ki,  sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri  və çatışmazlıqları ilə bərabər respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla,ən başlıcası isə xalqın mənəvi intibah, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu.

Heydər Əliyev I katib seçildikdən dərhal sonra ciddi işə başladı. 1969-cu il 5 avqust plenmuna nəzər salaq. Bu plenmun  gündəliyi V.İ. Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi barədə idi. Lakin Heydər Əlyevin məruzəsi keçmiş  SSRİ-nin tarixində gözlənilməz bir hadisəyə çevrildi. Dövrün tələbinə uyğun ütülü sözlərin, yalançı təriflərin, şişirdilmiş uğurların əksinə olaraq  Azərbaycan KP MK-nın avqust plenumundakı məruzəsində Heydər Əliyev uğurlardan daha çox respublikanın partiya və sovet orqanlarındakı ciddi çatışmazlıqlardan söhbət açır. O, respublikadakı neqativ hallardan danışır, kadr siyasətindəki nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları qeyd edir, bu halların aradan qaldırılması üçün planlardan söz açır, nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları qeyd edir, bu halların aradan qaldırılması üçün planlardan söz açır.

Bu çıxış hamını vahiməyə salır, hətta respublikanın hüdudlarından kənarda da əsl sensasiyaya çevrilir. Həmin vaxtadək belə açıq tənqid eşidilməmişdi. Və bu çıxışdan sonra çoxları inanmağa başladı ki, respublikanın geriliyi qısa müddətdə aradan qldırılacaq və respublika irəli gedəcək. Və həqiqətən də belə oldu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın çiçəklənmə dövrü başlandı. O zamanlar Heydər  rəhbər seçiləndə ictimaiyyət  bu dəyişikliyə o qədər də əhəmiyyət vermədi, bu addımı kommunist rejimində növbəti əhəmiyyətsiz  dəyişiklik adlandırdı. Amma az keçmiş həmin rəy  dəyişdi : “Kommunust ölkəsində görünməyən bir hadisə. Azərbaycanda Kommunist Partiyasının lideri H.Əliyev rüşvətxorluqla mübarizə aparır. Kommunist lideri  kommunizm ideologiyasına qarşı çıxır”. Zaman göstərdi ki, Heydər Əliyev bütün addımlarında gələcəyi hesablayan, millətin mənafeyini bütün səlahiyyətlərdən üstün tutan fenomen şəxsiyyətdir.

7

Azərbaycanda bu müddətdə yüngül sənaye (tikinti, cihaz və neft maşınqayırma sənayesi) inkişaf etdi. O dövrlərdə bütün yaşayış məntəqəsində – şəhələrdə, qəsəbə və kəndlərdə  əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Bütün yaşayış məntəqələrinə elektrik enerjisi verildi, qaz kəməri, telefon çəkildi. Ümumiyyətlə ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı.  Artıq Azərbaycan Sovet İmperiyası çərçivəsində öz infrastrukturuna görə digərlərini qabaqlayırdı. Amma bu hələ son deyidi.

Heydər Əliyev  Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından xilas etdi. Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. O, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən edirdi. (Bu baxımdan, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın başlanğıcı hesab olunur). Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi. İstər Gəncə, Əlibayramlı (Şirvan), Mingəçevir, Lənkəran, Salyan, Sumqayıtda, istərsə də ölkənin digər rayonlarında tikilən yeni zavodlar iqtisadiyyatın paytaxt asılılığından çıxmasına şərait yaradırdı.

1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə  yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə o, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Onların yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin etdi.

Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi, səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. İlk dəfə olaraq ölkədə hərbi kadrlar yetişdirilməyə başlandı. Bundan başqa, azərbaycanlı gənclərin  SSRİ-nin adlı–sanlı hərbi məktəblərinə göndərilməsinin də təşəbbüskarı məhz Heydər Əliyev oldu. Biz bu addımın da vacibliyini müstəqillik qazandıqdan sonra, erməni təcavüzkarlığı ilə qarşılaşanda  daha yaxşı dərk etdik, ümummilli liderimiz Heydər Əliyevin hər bir addımının müstəqillyə hesablandığının bir  daha şahidi olduq.

5

1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. Qısa bir zamanda belə gənclərin sayı 1000-ə çatdı.

Azərbaycan SSRİ-nin tərkibində olduğu üçün respublika rəhbərliyinə müstəqilliyə nəinki xidmət edən, hətta işarə vuran hər hansı hərəkəti etmək yasaq idi. SSRİ-nin  bütün ideoloji maşını milli-mənəvi dəyərlərin unudulmasına xidmət edirdi. Belə bir məqamda Heydər Əliyev bir çox məqamlarda açıq mübarizədən çəkinmirdi. Onun böyük əzmkarlığı nəticəsində 1978-ci ildə Azərbaycan SSRİ konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapdı. Bu, böyük qəhrəmanlıq idi.

Həmin illər ərzində Azərbaycanda yüzlərlə fabrik, zavod, kombinat tikildi. Ümumiyyətlə indiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xariclə iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970-80-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyumluş potensiala əsaslanır.

Həmin illər ərzində  Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir memarlığın əsası sayılan bir sıra memarlıq ansamblı inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib, istifadəyə verilmişdir. Məhz, Heydər Əliyevin təşəbbüsü sayəsində  çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur.

4

SSRİ kimi güclü dövlətin büdcə vəsaitindən istifadə edən Heydər Əliyev Azərbaycanda geniş yollar şəbəkəsi yaratmış, körpülər saldırmış, su elektrik stansiyaları tikdirmişdir.  Yuxarıda qeyd olunduğu kimi, Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək  uzaqgörənliklə atdığı addımlarından biri də azərbaycanlılardan ibarət gənclərimizin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə  göndərilməsi idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki, xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də , böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir.” – deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidəsinin  ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, 70-ci illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin Səttar Bəhlulzadənin və başqa görkəmli  soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə  Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının – əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.

AKP MK-nın I katibi seçildikdən sonra Heydər Əliyev ermənilərin Qarabağ torpaqlarına  olan  iddialarının da qarşısını almağa müvəffəq olmuşdu.

60-cı illərdə Yerevandan idarə olunan məkrli qüvvələr Dağlıq Qarabağda torpaq iddiaları ilə millətlərarası münasibətləri kəskinləşdirir, eyni zamanda ölkə rəhbərliyinin passiv mövqeyi, separatizm meyillərinə çevik müdaxilə edilməməsi, Xankəndində və vilayətin digər yaşayış məntəqələrində yuva qurmuş daşnak ünsürlərin  əl-qolunu açır, bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması günü-gündən daha geniş miqyas alırdı. Özbaşınalıq, cəzasızlıq şəraiti o həddə gəlib çatmışdı ki, vilayətdə, eləcə də onun mərkəzi Xankəndində həyatları daim təhlükədə qalan azərbaycanlılar hətta doğma dillərində belə ehtiyatla danışırdılar. Lakin 1969-cu ildən Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl siyasətlə Dağlıq Qarabağda qol-budaq açmış erməni millətçiliyinə sipər çəkdi. Moskvadakı yüksək siyasi dairələrin təzyiqinə baxmayaraq, muxtar vilayət  cinayətkar ünsürlərdən təmizləndi, erməni və Azərbaycan xalqları arasında ədavət toxumu səpən daşnak tör-töküntüləri cinayət məsuliyyətinə cəlb olundular, partiya, sovet, hüquq-mühafizə, o cümlədən dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklər edildi, yüksək vəzifələrə azərbaycanlı kadrlar da təyin olundu. Bu əhəmiyyətli məqamı xüsusi vurğulamalıyıq ki, görülmüş belə ciddi tədbirlər yerli erməni əhalisinin əksəriyyəti tərəfindən də rəğbətlə qarşılanırdı.

1969-1982-ci illərdə Azərbaycanda ən qabqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, bütöv birt alimlər dəstəsinin yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. nailiyyətləri göstərmək olar ki , həmin illərdə Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi ola bilək. Bütün bunlar Heydər Əlyevin  milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.