Elan!

Əziz Ağcabədililər, Ağcabədidə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbir keçirələcək

1 iyun 2023-cü il tarixdə Ağcabədi şəhəri “Heydər” Parkında Ağcabədi Rayon İcra Hakimiyyəti, Yap Ağcabədi Rayon Təşkilatı, GTM Qarabağ ofisi, Güvən Xeyriyyə İctimai Birliyi və OBA Marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçiriləcəkdir.

Festival müddətində park ərazisində uşaqlar üçün müxtəlif yaradıcılıq guşələri təşkil ediləcək. Guşələrin təşkilinə Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Ağcabədi rayonu üzrə Təhsil sektoru, Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və digər qurumlar dəstək göstərəcək.

Həmçinin, YAP Ağcabədi rayon təşkilatının, İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri tərəfindən festival müddətində maraqlı oyunlar təşkil ediləcəkdir.

Festivalda iştirak tamamilə sərbəst və ödənişsizdir.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində eksponatlardan ibarət sərgi təşkil olunmuşdur.

İlk baharın müjdəçisi “Novruz” gəlir!

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində baharın müjdəçisi olan Novruz bayramının gəlişi münasibəti ilə milli adət-ənənələri özündə ehtiva edən “Xoş Ətirli Novruz gəlir”adlı sərgi təşkil edilmişdir.

Sərgidə Novruzu simvolizə edən atributlar nümayiş etdirilir.

16 fevral 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən mərkəzin foyesində sərgilənən əl işlərindən ibarət sərgi hər il olduğu kimi bu ildə yenilənmişdir. Əziz Ağcabədililər əl işlərindən ibarət sərgimizlə tanış olmaq üçün hər biriniz dəvətlisiniz.

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” günü elan edilib.

Ətraflı: bit.ly/3HleeX5

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi açılıb.

126 iyun – Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq 17 iyun 2020-ci il tarixdən etibarən Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilir. Qüdrətli Azərbaycan ordusundan və Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətindən bəhs edən kitab və jurnallardan, eləcə də, Oxumağa davam et

Elan Moda müsabiqəsi.

86332296_1449149718585149_8996075929394479104_o

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi uşaqlar arasında moda müsabiqəsi elan edir. Oxumağa davam et

Əziz ağcabədililər, Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurslarının əl işlərindən ibarət sərgi bu gündən etibarən yenilənmişdir. Hər kəsi sərgi ilə tanış olmağa dəvət edirik!

85159991_1448293825337405_7045884000727990272_o (1)

 

 

 

 

Oxumağa davam et

ELAN

82905209_1434463300053791_8085353557663940608_o

Əziz, Ağcabədililər!

Oxumağa davam et