Kurslara qeydiyyat

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bir sıra kurslar fəaliyyət göstərir. Kursların fəaliyyətinin əsas məqsədi gənclərin sosiallaşmasına, onların cəmiyyətdə şəxsiyyət olaraq formalaşmasına, həmçinin maraqlarına uyğun bilik və peşə qazanmalarına yardımçı olmaqdır. Kurslarımızda yalnız gənclər deyil, həmçinin istənilən yaş və sosial qrupdan hər hansı şəxs iştirak edə bilər.

Kurslar 1 oktyabr 2016-cı il tarixindən 31 may 2017-ci il tarixinədək davam edəcək. Kurslarda dərslər peşəkar müəllimlər tərəfindən keçilir. Sonda dərsləri müvəfəqiyyətlə başa vuran və fərqlənən üzvlərə  sertifikat təqdim olunur.

Kurslarda iştirak ödənişsizdir.

  • Həvəskar aktyorluq və bədii qiraət
  • Xalçaçılıq
  • Maraqlar üzrə əl işləri
  • Rəsm
  • Tikiş 
  • Toxuculuq

Qeydiyyat üçün həftəiçi saat 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 13:00-dək Heydər Əliyev Mərkəzinə müraciət edə bilərsiniz. (İstirahət vaxtı: 13:00-14:00)

Əlaqə telefonları:

  • 021-275-51-16
  • 021-275-51-17

Həmçinin, aşağıdakı elektron formanı doldurmaqla qeydiyyatdan keçə bilərsiniz:

 

*  Ünvan və digər məlumatlar üçün əlaqə səhifəsinə baxın.