Heydər Əliyev və Xarici Siyasət

11
BMT Baş Məclisinin 49-cu sessiyası – NYu-York, 29 sentyabr 1994

Azərbaycanın dövlət müstəqilliyinin  bərpasından sonar ölkənin qarşısında duran mühüm vəzifələrdən biri elmi əsaslarla söykənən xarici siyasət xəttinin müəyyən edilərək keçirilməsi idi.

Müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olan dairələr bu istiqamətdə heç bir görə bilməmiş,vəziyyəti daha da pisləşmişdilər. Lakin Heydər Əliyevin hakimiyyətə qayıtması xarici siyasətin düzgün aparılmasında və həyata keçirilməsində bir dönüş yaratdı.  Heydər Əliyevin xarici siyasətində Azərbaycanın elmini, mədəniyyətini, tarixini dünya dövlətlərinə tanıtmaq, xarici dövlətlərlə bərabərhüquqlu, Azərbaycanın mənafeyinə xidmət edən əlaqələr yaratmaq və Qarabağ probleminin həlli ən mühüm yer tuturdu. Heydər Əliyev ilk öncə qonşu ölkələrlə münasibətləri qaydaya salmaq məqsədi ilə qonşu  dövlətlərlə Azərbaycan arasında iqtisadi, siyasi cəhətdən sıx əməkdaşlıq yaratdı ki, bu  da gənc, müstəqil Azərbaycanın xarici siyasətdə mühüm   addım idi. Çünki, Heydər Əliyev bilirdi ki, düzgün siyasət aparmaq üçün ilk öncə sabitlik vacib şərtdir. Ölkədə  Ermənistanla gedən müharibəni dayandırmaq üçün Heydər Əliyev Ermənistanla 1994-cü ildə “Atəşkəs” razılaşması imzaladı. Bu da Heydər Əliyevə  xarici siyasətini həyata keçirməyə, Qarabağ probleminin həllində tədbirlər fikirləşməyə şərait yaratdı. Bundan başqa Heydər Əliyevin apardığı  düzgün və məqsədyönlü siyasəti nəticəsində bəzi dövlətlərlə yaranmış əsassız gərginliklər aradan götürüldü.

1993-cü il sentyabrın 20-də Azərbaycanın MDB-yə daxil olması, Alma-Ata  bəyənnaməsi, Kollektivlik Təhlükəsizlik haqqında  Müqavilə imzalanması mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev o zaman da bilirdi ki, MDB-yə daxil olmaq, Azərbaycanın həmin dövlətlərlə  iqtisadi, siyasi, mədəni inkişafında   irəliyə aparacaq. Heydər Əliyev ilk öncə bu dövlətlərlə olan münasibətləri qaydaya salmaq, hərtərəfli əlaqələri möhkəmləndirmək istəyirdi. Çünki Rusiya və İranla münasibətlər keçmiş səriştəsiz rəhbərlərin apardığı siyasət nəticəsində gərginləşmişdi. Heydər  Əliyevin siyasəti nəticəsində Rusiya ilə olan münasibətlər yenidən bərpa olundu. Artıq  Rusiya Azərbaycana bir çox məsələlərdə dəstək olurdu. Azərbaycanın MDB-yə üzv olması bu münasibətləri yenidən bərpasına şərait yaratdı. Rusiyanın Aərbaycana qarşı  mövqeyi Azərbaycanın Xəzərin status  məsələsi ortaya çıxanda özünü göstərdi. 1994-cü il “Əsrin müqaviləsinin” imzalanması zamanı Azərbaycanın Xəzərin milli sektorlara bölünməsi məsələsində Rusiyanın Azərbaycanı dəstəkləməsi  bu münasibətləri nə qədər işlədiyini göstərdi. Heydər Əliyevin uzaqgörən siyasəti  həm Rusiya ilə münasibətləri bərpa etməyə, həm də Xəzərin status məsələsinə bir çarə tapmağa  imkan verdi ki, bu da uzun zamandır yaranan Xəzər status məsələsinin həllinə imkan verdi. İlk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinin Azərbaycana  rəsmi səfəri  və ölkələrimiz arasında iqtisadi, mədəni inkişafı bərpa etmək üçün imzalanmış bir çox sənədlər bu siyasətin uğrunun nəticəsi idi. Heydər Əliyevin Rusiyaya rəsmi səfəri  iki dövlət arasında çözülməyən məsələlərin  həllində, Qəbələ radiolokasiya  stansiyasının  Rusiyaya icarəyə verilməsi ilə Azərbaycan Rusiya  münasibətlərində  yeni mərhələ dövrü başlandı. 2003-cü ildə Vladimir Putin Heydər Əliyevi  Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafındakı  uğurlara görə Rusiyanın ən yüksək dövlət mükaftı  – “Andrey  Pervozannı” ordeni ilə təltif etdi.

Azərbaycanın cənub qonşusu  İran ilə əlaqələridə Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində yaxşılaşdı. 1993-1994-cü illər Heydər Əliyevin İrana, İran prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynamışdır. Bu danışıqlarda Xəzərin status məsələsi öz əksin tapmışdır.

Azərbaycan və Türkiyə münasibətləri dərin köklərə malikdir. 1994-cü ilin fevralında Heydər Əliyevin Türkiyəyə səfəri zamanı demişdir: “Türkiyə və Azərbaycan qardaş dövlətdir”. Azərbaycan müstəqillik qazanan zaman, bu müstəqilliyi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Heydər Əliyevin apardığı siyasətdə Türkiyə ilə münasibətlər “İki dövlət, bir millət” prinsipinə əsaslanmışdır. Azərbaycanın ilk səfirliyinin də  məhz  Türkiyədə açılması, 1991-ci il dekabrın 25-də Türkiyə ilə Naxçıvan arasında Araz  çayı üzərində Ümüd körpüsün salınması, Azərbaycan “Əsrin müqaviləsi”-nin imzalanması, TRASEKA lahiyəsi, BTC kimi böyük lahiyənin imzalanması Azərbaycan və Türkiyə münasibətlərinin birlikdə inkişaf etdiyini göstərirdi.

Heydər Əliyevin xarici siyasətin istiqamətlərindən biri  Qərb və Amerika üfüqləri idi. Heydər Əliyev bilirdi ki, Azərbaycanı dünya səviyyəsində inkişaf etdirmək üçün Qərb inkişafı və Amerika gücü  lazımdır. Bunları nəzərə alan Heydər Əliyev  siyasətində yeni bir dövr  Qərb siyasəti dövrü başlandı. Əsas məqsəd Azərbaycanı sülhsevər, müstəqil dövlət kimi dünyaya tanıtmaq, dünya dövlətlərinin marağını Azərbaycana yönəltmək, Azərbaycanın təbii sərvətlərinə qarşı dünya dövlətlərində maraq oyatmaq idi.

10 (1)
“Gülüstan” sarayı, 20 sentyabr 1994

1994-cü il sentyabrın 20-də Heydər Əliyevin neft  sahəsində mühüm  bir addım atdı. “Əsrin Müqaviləsi” adlanan mühüm bir kontarkt bağlandı. Azərbaycan, ABŞ, Norveç, Səudiyyə Ərəbistan, Rusiya, Böyük Britaniya, Türkiyə, Yaponiya kimi dünyanın inkişaf etmiş ölkələrinin 13 şirkətinin bu müqaviləyə qoşulması, Qərb dövlətlərinin azərbaycana qarşı marağının yaranması, Heydər Əliyevin “Yeni neft diplomatiyasının” qazandığı uğur idi.

“Əsrin müqaviləsin” bağlanmasından 3 il sonra 1997-ci il noyabrında qazandığımız uğurlara biri də əlavə olundu. Xəzərin “Çıraq”  yatağında ilk neftin fontan vurması böyük naliyyət idi. Xəzərin Azərbaycandakı sektorunda  olan Neftin dünya bazarına rahat çıxması üçün yollar lazım idi. Lakin Heydər Əliyev qısa zamanda bu işə də bir çarə tapdı. “Çıraq” yatağından çıxan ilk neftin Avropa bazarına  çıxarılması üçün 1996-cı il fevralın 18-də çəkilmiş neft kəməri olan Bakı Novorissiysk marşrutu vasitəsi ilə həyata keçirildi. İkinci marşrut isə bizə daimi dəstək olan iqtisadi, siyasi əlaqələrimizi həmişə davam etdirdiyimiz Gürcüstan  dəstək oldu. 1999-cü il aprelin 17-də Bakı–Supsa neft kəməri vasitəsi ilə Azərbaycan nefti ilk dəfə olaraq “Azərlight” markası ilə ixrac olunmağa başladı. Bakı Novorisiysk və Bakı-Supsa marşurutları dünya bazarına daha çox neft ixrac edə bilmirdi. Azərbaycandan çıxan 50 milyon barrel neftin ixrac olunması üçün daha böyük neft kəməri lazım idi. Heydər Əliyev bu sahədə fəaliyyətə başladı. Və qısa zamanda çıxış yolu tapıldı. Azərbaycan neftinin dünya bazarına çıxarılması marşurutu bəlli oldu. Bakı–Tiblisi–Ceyhan boru kəməri vasitəsi ilə dünya bazarın açıxarılacaqdır. Bunun ilk müqaviləsi də 1999-cu il noyabrın 18-də İstabulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cumhuriyyətinin əraziləri ilə Bakı-Tiblisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş H.Əliyev, E.Şvardnadze və S.Dəmirəl arasında imzalanmışdır. Tez bir zamanda bu müqaviləyə Bakı-Tiblisi–Ceyhan lahiyəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyənnaməsi imzalandı. 2002-ci il sentyabrın 18-də Heydər Əliyev, Ə.N.Sezar, Eduard  Şevardnadzenin iştirakı ilə Səngəçalda BTC-nin təməlqoyma mərasimi oldu. Kəmərin inşasına başlanıldı. Lakin lahiyənin sona çatdığını və onun naliyyətlərini görmək Heydər Əliyevə nəsib olmadı. 2006-cı il mayın 25-də Səngəçalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə kəmərin təntənəli açılışı oldu. Bu uğurlu lahiyənin təşəbbüskarı olduğuna görə bu kəmər Heydər Əliyevin adını daşıyır.

“Şahdəniz” yatağında çıxan qazın dünya bazarına çıxarılması üçün Bakı-Ərzurum qaz kəməri çəkilməsi bu uğurlara daha bir uğur əlavə etdi.

Hələ qədim zamanlardan Azərbaycan Asiya ilə Avropanın ticarət yolları qovşağında yerləşirdi. Heydər Əliyev bilirdi ki, Azərbaycanı  xarici ticarətini inkişaf etdirmək üçün qədim ipək yolunun bərpası  ən vacib məsələlərdən biridir. Heydər Əliyev qədim ipək yolunun bərpası – TRASEKA proqramının hazırlanmasında yaxından iştirak etdi. Heydər Əliyevin  təşəbüsü ilə 7-8 sentyebr 1998-ci il tarixlərində  Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldava, Ruminiya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyyətinin iştirakı ilə Tarixi ipək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İtiffaqının TRASEKA proqramının əsasında “Avropa–Qafqaz–Asiya  dəhlizinin inkişafı  üzrə beynəlxalq nəqilyyat haqqında əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı bəyənnaməsi qəbul edilmişdir.

22

Heydər Əliyevin xarici siyasətində əsas istiqamətlərdən biri də Azərbaycanı dünyanın tanınmış qurumlarına, təşkilatlarına  üzv etmək və Azərbaycan mövqeyini dünya arenasında möhkəmlətmək idi. Heydər Əliyevin sayəsində Azərbaycan bir çox  tanınmış təşkilatlara üzv seçildi. 1992-ci il martın 2-də Azərbaycan dünyanın ən nüfuzlu təşkilatı olan BMT-yə üzv seçilməsi Azərbaycanın öz hüquqlarını qorumağa, Ermənistan Azərbaycana qarşı təcavüzünü dünya birliyinin nəzərinə çatdırılmasına imkan yaratdı. Belə ki, 1994 və 1995–ci illərdə BMT BA–nın 49-cu və 50-ci sesiyasında  Heydər Əliyev Azərbaycan respublikasının nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin 2000-ci il sentyabr ayında BMT-nin Minillik Zirvə toplantısında iştirak etmişdir. Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin inkişaf proqramı  (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin uşaq Fondu, BMT-nin Təhsil, Elm, və Mədəniyyət təşkilatı, sənaye inkişaf təşkilatı, Ümumdünya Səhiyyə təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının hərtərəfli qadağan olunması haqqında müqavilə təşkilatı və s. qeyd etmək olar. Azərbaycan və BMT-nin Uşaq Fondu (UİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın, uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması  məqsədi ilə bərqərər olmuşdur.

Azərbaycanın üzv seçildiyi təşkilatlardan biri də ATƏT idi. 1 yanvar 1995-ci ilə qədər bu qurumun adı ATƏM idi, daha sonra dəyişilərək bu təşkilat ATƏT oldu. Bu  Azərbaycanın ilk qəbul olunduğu Avropa təşkilatı idi. Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın  kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmə marağını artırır. Aİ öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz daimi nümayəndəliyini 2000-ci ildə açmışdır.

Azərbaycan Respublikası müstəqillik qazanandan sonra, 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan ŞAƏŞ-ə qoşulmuşdur. 1994-cü il 3-4 may tarixində Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında  NATO sülh naminə tərəfdaşlıq proqramının çərçivə sənədini imzaladı. Bunula Azərbaycan NATO (ŞAƏŞ) ilə genişmiqiyaslı  əməkdaşlığı  nəzərdə tutan (SNT) sülh naminə tərəfdaşlıq proqramını imzalamış 15-ci dövlət oldu.

Azərbaycanın ilk qəbul oluduğu təşkilatlardan biridə İKT-dır. Azərbaycan 1991-ci ildə bu təşkilata üzv oldu. Bu təşkilata üzv olmaq digər müsəlman dövlətlərlə olan iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafına xeyli kömək etdi.

Heydər Əliyev siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələrdə səfirlikləri açıldı. Xarici dövlətlərin səfirlikləri Azərbaycanda fəaliyyətə başladı.

2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv qəbul olundu. Bundan başqa Azərbaycan OPEK və digər dünya nüfuzlu təşkilatların üzvü oldu. Artıq Heydər Əliyev Azərbaycan bayrağını dünya dövlətləri ilə eyni cərgədə dalğalandıra bildi.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.