Ağcabədidə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş sərgi təşkil edilib

22 iyun 2023-cü il tarixindən Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş ” Ordum varsa yurdum var ” adlı sərgi nümayişinə başlanılıb. Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş ölkəmizdə ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar, dövri mətbuat materialları və Mərkəzin Rəsm kurs üzvlərinin müxtəlif texnikalarla çəkilmiş rəsm əsərləri nümayiş olunur. Sərgidə həmçinin Ulu Öndərin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələri, 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ordumuzun keçdiyi şərəfli döyüş yolu haqqında sərgi nümunəsi nümayiş etdirilir. Sərgi 03 iyul 2023-cü il tarixinədək nümayiş etdiriləcək.

Bir şərh yazın