Heydər Əliyevin Kreml günləri

mmm

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər  Əliyev fenomeni getdikcə daha böyük maraq kəsb edir və onun şəxsiyyəti, çoxşaxəli fəaliyyəti tədqiqatçılar tərəfindən ciddi surətdə araşdırılır. Bu böyük dövlət xadiminin fəaliyyətində ən çox diqqət yetirilən məsələlərdən biri dövlət idarəçiliyidir. Çünki istər imperiya buxovunda  olan Azərbaycana rəhbərlik etdiyi illərdə ümummilli liderimizin bu respublikanın geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına çevirməsi, istər SSRİ rəhbərliyinə yüksələndə qeyri-adi idarəçilik qabilliyəti nümayiş etdirməsi, istərsədə dağılmış bir ölkəni – Azərbaycanı qisa zaman kəsiyində dünyanın söz sahibi  olan dövlətinə çevirməsi onun zəngin idarəçilik istedadınan xəbər verir. Bütün bunların hamısını hər böyük şəxsiyyət  bu qədər məharətlə yerinə yetirə bilməzdi. Bu, yalnız dahi şəxsiyyətə xas qabiliyyət idi.

Heydər Əliyev həm tarix yaradan, həmdə tarixin özünü yazan şəxsiyyət idi. Ümummilli liderimizin adı tarixin 40 illik bir dövrün simvolu olmuşdur. Heydər Əliyev Sov  İKP MK Siyasi Bürosunun üzvü və Sovet İttifaqının rəhbərlərindən  biri olarkən, SSRİ kimi nəhəng bir ölkənin vacib strateji sahələrini idarə edirdi. Buraya geniş spektli problemlərin həlli, xarici siyasi əlaqələri ilə bağlı Yaxın Şərq, Mərkəzi və Cənubi Şərqi Asiya, latın Amerikası ölkələrinin məsələlərin həllinə daxil idi. Həmçinin bu zaman Heydər Əliyev ölkənin ağır sənaye, nəqliyyat, tikinti, səhiyyə, təhsil, gənclərlə iş kimi mühüm social–iqtisadi sahələrinə nəzarət və rəhbərlik edirdi. Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini olarkən ölkənin tikinti, nəqilyyat, təhsil, səhiyyə kimi sosial-iqtisadi həyatının mühüm sahələrini idarə etməklə nəhəng bir dövlətin dayaqlarını möhkəmlənməsindəxüsusi xidmət göstərmişdir. Hedər Əliyev, sözün həqiqi mənasında, bütün sovet vətəndaşlarının həyatına daxil olmuşdu. Keçən əsrin70-ci illərində onu SSRİ-in ucqarlarında belə tanıyırdılar. Həqiqətən də onun nurlu xatirəsi yaddaşlarda Sovet dövrünün ən enerjili liderlərindən biri kimi qaldı və bunu bilənlər çox yaxşı xatırlayırlar ki. Ölkənin hər yerində Azərbaycan sözünü eşidən adi bir şəxs də o dəqiqə Heydər Əliyevin adını çəkirdi. Heydər Əliyevin həyat və fəaliyyətinin moskva dövrünə nəzər saldıqda görürük ki, Ulu Öndər pedaqoq, tibb mütəxəsisi, mühəndis, nəqilyyatçı, memar və ya daha hansı sahələrin kamil bilicisi kimi təqdim olunurdu. Halbu ki, Heydər Əliyev ixtisasca tarixçi idi.

 Heydər Əliyev öz bacarığı ilə, dərin biliyi, dahiyanə ağlı, qeyri-adi qabilliyyət, dərin məntiqi, tükənməz sərbəstliyi , bütün sovet xalqlarının əsl lideri, himayəçisi və istəklisi idi. Heydər Əliyev RSFSR ali Sovetinin deputatlığna Altay bölgəsindən seçilməsi ona olan ümumu sevginin səciyəsi idi. Heydər Əliyevi ona görə sevirdilər ki, o, özü sadə xalqı sevirdi, onun qiymətini bilirdi bütün qəlbi ilə Azərbaycan bağlı idi.

Heydər Əliyev Moskvada işləyərkən son dərəcə gərgin iş rejiminə baxmayaraq, Azərbaycan haqqında məlumatlarla daimi maraqlanırdı. O, imkan taparaq Moskvada yaşayıb işləyən Azərbaycanlılarla, o cümlədəndə,  vaxtı  ilə şəxsən özünün buraya ali məktəblərdə təhsil almağa göndərdiyi azərbaycanlı tələbələrlə görüşü, onların həytı ilə maraqlanır üzləşdikləri problemlərin həllinə kömək edirdi. Heydər Əliyevin Moskvada yaşayan azərbaycanlılarla diqqət və qayğısı, mənəvi dayaq olması orada Azərbaycan diasporunun formalaşmasına və fəaliyyətinə güclü təsir göstərirdi.

 Kreml Heydər Əliyevə nəhəng ölkənin həyatının maşınqayırma, yüngül sənaye, nəqliyyat və təhsil kimi ən mühüm  sahələrinə nəzarət etməyi tapşırır. O, BAM –ın tikintisinə, magistiral xətt boyunca yüzlərcə stansiyanın, şəhərlərin inşasına rəhbərlik edir. Paytaxt V.İ.Lenin  adına Ümumittifaq Kitabxanası, Böyük Teatr və digər nüfuzlu obyektlərin yenidən qurma işləridə onun sərəncamına daxil idi.

2

 Ulu öndər Siyasi Büro Üzvü, SSRİ Nazirlər Sovet  Sədrinin Birinci müavini olarkən bir çox beynəlxalq qərarların hazırlanmasında və qəbul edilməsində fəal iştirak edirdi. Bu dövr Hindistan , Vyetnam, Yuqoslaviya, Mozambik, Anqola, Macarıstan, Meksika və digər ölkələrə rəsmi səfərlərə, yüksək səviyyəli dövlət rəhbərləri və siyasi xadimlərlə görüşlər , danışıqlarla zəngindir. Dinamizim və konstruktivliyi ilə fərqlənən bu səmərəli diplomatik fəaliyyət  sayəsindəki işlər qüdrətli dövlət ilə onun partnyorları arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına əlverişli təsir göstərmiş , o zaman müxtəlif qütblərdə “soyuq  müharibənin” Qərb və Şərq arasında törətdiyi inamsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Əvvəldə qeyd olunduğu kimi Heydər Əliyev doğma Azərbaycanıda unutmurdu. Onun təşəbbüsü ilə Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Azərbaycanın digər şəhərlərində yeni zavodlar və fabriklər tikilirdi. Monumentallığı  və milli memarlıq əlamətləri ilə səciyyələnən gözəl, yaraşıqlı, inzibati, ictimai və yaşayış binalarının sürətli inşası həyata keçirilirdi. Bütün bunlar ulu öndəri tezliklə SSR-in rəhbəri olacağına inam artırıdı. Enerjili və təşəbbüskar lider olan Heydər Əliyevin bu şansı həmin dövürdə real qiymətləndirilirdi.  Məhz bu reallıq ermənipərəst dairələri ciddi təlaşına səbəb olurdu.

Mixail Qarbaçovun ermənipərəst olması hamıya bəlli idi. Bunun kökləri Stavropol vilayyətinə gedib çıxırdış O, burada vilayət partiya komitəsinin birinci katibi işləyəndə ermənillərlə dostluq etmiş, bir sıra dolaşıq məsələlərin həllində onlarla əlbir olmuşdur. Məhz  Qarbaçovun vaxtında ermənilərin Stavropola kütləvi köçə başlamışdı. M.Qarbaçov Moskvada Mərkəzi Komitədə işləyərəkən də ermənilərlə əlaqəsini kəsməmiş, əksinə onlarla dahada yaxından dostluq etmişdir.

1985-ci ildə Sov. İKP.MK.-nın baş katibi M.Qarbaçov yenidənqurma, aşkarlıq, demokratiya pərdəsi altında SSRİ-ni dağıtmağa başlayanda  onun məsləhətçiləri, ən yaxın  silahdaşları  ermənilər  idi. M. Qarbaçov ermənilərlə dostluğunu gizlətmirdi. Xarici ölklələrə səfəri zamanı (ABŞ),  (Fransaya) həyat yoldaşı Raisa ilə birlikdə həvəslə erməni icmalarının nümayəndələri ilə görüşürdülər. Belə görüşlərdə Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ Ermənistana birləşdirmək mövzusunda da söhbətlər aparırdılar.

Ötən əsrin 80- ci illərin ortalarından başlanan hadisələrə nəzər salsaq, aydın görərik ki, itiffaqın “qardaşlıq ailəsinə” milli ayrı-seçkilik toxumunu səpilməsində Qarbaçov və ermənilər xüsusi canfəşanlıq göstərmişlər. 1985-ci il Alma–Ata hadisələrin yada salaq. Uzun illər Qazaxıstana uğurla rəhbərlik etmiş Sov. İKP. MK Siyasi bürosunun üzvü D, Kunayevin heç bir luzum olmadan vəzifədən çıxarılaraq yerinə moskvadan göndərilən Kolbinin qoyulması  kütləvi etiraza səbəb olmuşdur. Onda Qarbaçov ilk dəfə ordunun qüvvəsindən istifadə edərək müsəlman ölkəsi olan Qazaxıstanda qırğınlar törətmiş, çoxlu həbslər aparmışdı. Qazağıstan hadisələri Siyasi Büro üzvüləri arasında kəskin fikir ayrılığına səbəb olmuşdur. Buna etiraz bildirən Siyasi Büro üzvü Heydər Əliyev və Siyasi Büro üzvülüyünə namizəd Şərəf Rəşidov(özbək) arzuedilməz şəxslərə çevrilmişdilər. Onları partiyanın mərkəzi aparatından kənarlaşdırmaq məqsədi ilə Kremlin göstərişi ilə SSRİ Prokroluğu Azərbaycan və Özbəkistan respublikalarına geniş tərkibli xüsusi istintaq qurupu göndərdi. Bu arada Kreml Azərbaycan KP MK –nin birinci katib vəzifəsinə Ə. Vəzirovu göndərdi. Vəzirov Bakıya gələn gündən Heydər Əliyevin kadırların gözümçıxdıya saldı. 1970-1982-ci illərdə   ümüummilli liderimizilə çiyi-çiyinə işləyən adamların çoxunu vəzifədən çıxartdı. Halbu ki, Ə.Vəzirov özü də vaxtı ilə Heydər Əliyevin rəhbərliyi altında işləmişdi. Respublikada “pambıq əməliyyatı “  adlı quruma istintaq  aparıldı, yüzlərlə insane qərəzli itihamlar üzündaə həbsxanalara atıldı. Naxçıvan şəhərin mərkəzi poçtunda teleqrafçı işləyən erməninin Azərbaycanlıların adından yüzlərlə teleqram vurduğunu elə o dövürdə istintaq sübuta yetirmişdi.

Bütün bu həngaməların başında Qarbaçov durudu. Nəhayət 1987- ci il oktyabr ayında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müaviniliyindən istefa verdi. Tarix boyu Azərbaycan torpaqlarında gözü olan ermənilərədə elə bu lazım idi. Onların əl qolu açıldı. Heydər Əliyevin istefasından az sonar akademik Aqanbekyan Fransaya səfəri zamanı Dağılq Qarabağ məsələsini ilk dəfə dilə gətirdi.

1988-ci ilin fevral ayından isə erməni separatçıları Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi uğrunda açıq mübarizəyə başladılar. M.Qarbaçovun bu məsələdə ermənilərin tərəfini saxlaması Azərbaycanı ayağa qaldırdı. Ancaq  respublikanın rəhbərləri, ilk növbədə, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllimov xalqın səsinə səs vermədilər. Əksinə Qarabağın problemində kor-koranə Moskvanın siyasətini dəstəklədilər.

Qeyd olunduğu kimi Heydər Əliyev siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra, ermənistanın Azərbaycan əleyhinə çıxışları güclənməyə başladı. Bir qədər keçdikdən sonra 1988 –ci il fevralın 20-də Xankəndində vilayət xalq deputatları sovetin sessiyası vilayətin ermənistana “birləşdirilməsi” barədə qərar qəbul edir. Moskva zahirən erməni separatçılarını müdafiə etmir , hətta Sov İKP MK  DQMV-nin birləşdirilməsinin qeyri mümkünsüzlüyü barədə əlahiddə qərar da qəbul edir . Qərarda haqlı olaraq bunu qarşısıalınmaz nəticələrə səbəb ola biləcəyi qeyd olunur. Lakin qərar elə məxfi olaraq qalır, DağLıq Qarabağ ətrafındakı siyasi ehtirasları getdikcə şiddətlənməyə başlayır.

Həmin illərdə Azərbaycan xalqının əleyhinə nə qədər qərəzli məqalələr dərc olunur, sərt və həyasız hücumlar edilirdi. Heydər Əliyev  öz ünvanına nə qədər ədalətsiz tənələr eşitmək məcburiyyətində qalmışdı. Əfsuslar olsun ki, həmin illərdəHeydər Əliyev erməni lobbisinin və şovinist dairələrinin süni şəkildə yaratdığı tam siyasi izolyasiyada idi. Azərbaycan, onun xalqı müdafiəsiz  və himayəsiz qalmışdı.

1988-ci ilin noyabr–dekabr aylarında olan hadisələrin ağır xronikası yaddaşladan silinmir. Resbupilka prokurorluğunun  məlumatında deyilir: 1988-ci ilin noyabr ayının 28-dən dekabır ayının 8-dək kütləvi surətdə azərbaycanlılar yaşayan 22 rayonun  185 yaşayış məntəqəsinə quldurcasına basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif işgəncə ilə qətlə yetirmişlər . Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub qaçarkən dağlarda borana–çovğuna düşüb donmuş, 41 nəfəri qəddarlıqla döyüb öldürülmüş, 155 nəfər diri-diri yandırılmış, 16 nəfəri gullələnmiş, 10 nəfəri təhqirlərə dözməyib infarktdan ölmüş, 2 nəfər erməni həkimləri tərəfindən xəstəxanada öldürülmüş, 1 nəfər asılmış, 1 nəfər əzablardan qurtarmaq üçün özünü öldürmüş, 1 nəfər elektiriklə özünü öldürmüş, 2 nəfərin başı kəsilmiş, 29 nəfər qəsdən avtomobil altına salınmaqlaa öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət göstərilməməsi nəticəsində olmüş, 8 nəfər oğurlanmışdır. Öldürülənlərdən 57-si qadın, 5 nəfəri körpə uşaq, 18 nəfəri yeniyetmələr olmuşdu. Qırğın ermənistanın 19 rayonu, 11 şəhərində törədilmişdir.

Ən nəhayət 1990 –cı il yanvarın 20-də Azərbaycan üzərinə onun tarixinə ən dəhşətli gecə çökdü. Bakıdakı qanlı qırğınan sonra Heydər Əliyev  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Mərkəzin Bakıda keçirdiyi vəhşicəsinə  cəza əməliyyatını hiddətlə itiham edən bəyanat verdi. Bir müddət sonra Heydər Əliyev Sov.İKP sıralarını tərk etdi. Artıq Heydər Əliyev Moskvada qala bilməzdi. Heydər Əliyev Azərbaycana qayıtması onun öz həyatı üçün çox təhlükəli idi. Hava limanından birbaşa şəhidlər xiyabanına yollanan ümummilli liderimiz vətən torpağını öpərək “Vətənimin bu ağır günündə doğma vətən torpağına vətəndaşlıq borcumu yerinə yetirməyə gəlmişəm” söyləyir.

Bir müddət Naxçıvanda işləyən dahi öndərimiz 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri, oktyabrın 3-də isə ümumxalq səs vermə yolu ilə Azərbaycan respublikasının prezidenti seçilir.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.