Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

33870885_968005383366254_5292463580661153792_n Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlərin keçirilirməsi davam edir.
“Cümhuriyyət ili” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq 25 may 2018-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Meydanında Azərbaycan Xalq Cümhuriyyətinə, dövlət müstəqilliyimizə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti- 100 il” adlı sərgi keçirilmişdir. Sərgidə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin əl işləri, o cümlədən şəhər məktəblərinin, Ü. Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbinin, Ağcabədi Günərzi Qayğı Mərkəzinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin, Dövlət Rəsm Qalareyasının, Ağcabədi Pedaqoji Kollecinin əl işləri, həmçinin Ağcabədi MKS-nin Cümhuriyyət dövrünü əks etdirən kitab, jurnal, qəzet, jurnalları, Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin Cümhuriyyət dövrünə aid pul əskinazları və digər sənədlər nümayiş etdirilmişdir.
Sərgi zamanı, həmçinin Ağcabədi Pedaqoji Kollecin tələbələrinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağını əks etdirən fləşmob təşkil edilmişdir. Fəşmob sakinlərin böyük marağına səbəb olmuşdur.
Sərgi vətənpərvərlik mövzusunda mahnıların sədası altında saat 18:00-dək davam etmişdir.33607964_968007046699421_3119889412322754560_n

33608626_968007820032677_93413000362328064_n

33615814_968007156699410_8332389944702009344_n

33637122_968009650032494_4389811027278036992_n

33653487_968008166699309_2726935969579139072_n

33663711_968006233366169_1741191913735716864_n

33676475_968008613365931_8950654137683410944_n

33700756_968009326699193_2930136730688290816_n

33720381_968009580032501_6271850737014145024_n

33729340_968006860032773_4834711566890827776_n

33734890_968006493366143_8808914942695571456_n

33771224_968009480032511_8251507159238443008_n

33786424_968007386699387_341284767129403392_n

33899174_968008363365956_4112210995831635968_n

GQ8A9972

GQ8A9974

GQ8A9975

GQ8A9981

GQ8A9982

GQ8A9983

Bir şərh yazın