Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 49-cu il dönümü ilə bağlı tədbir keçirilib.

37003639_1006628086170650_5050366247099695104_n3.07.2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Gələcəyə Hesablanan Siyasət” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva qonaqları salamlayıb, tədbir haqqında ətraflı məlumat verdi. Ulu Öndərin 1969-1982-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Daha sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Leyla İsmayılova geniş məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən fəaliyyəti haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Ulu Öndərimiz birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Azərbaycanda bu müddətdə sənaye inkişaf edib. O dövrlərdə bütün yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Bütün şəhər və kəndlərə elektrik enerjisi verildi, qaz kəməri, telefon xətləri çəkildi. 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət ,ədəbiyyat və elm xadimlərinin abidəsinin ucaldılmasına nail olunurdu. Həmin siyasətin nəticəsi kimi N.Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli səxsiyyətlərimizin abidsəi qoyulmuş, Mikayıl Müşviq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının baş məsləhətçisi, Qarabağ qazisi Ramil Nağıyev, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı aparıcı məsləhətçisi Leyla Səfərova və N saylı hərbi hissənin əsgəri Kərim Qarayev çıxış edərək Ulu Öndərimizin ölkəmiz və xalqımız üçün gördüyü işlərdən söz açdılar və bu siyasətin nəticəsində ölkəmizin indiki rifah halına çatdığını vurğuladılar.
Çıxışlardan sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvü Röyalə Hümbətova şeir, ”N” saylı hərbi hissənin əsgərləri isə musiqi kompazisiyası ilə çıxış etdilər.
Sonda qonaqlarla xatirə fotosu çəkildi.37011713_1006629939503798_1905221606737707008_n

37011796_1006629659503826_553304753954619392_n

37021277_1006628506170608_7036688041955557376_n

37023003_1006629146170544_3185867845225414656_n

37042537_1006629486170510_6118095602216599552_n

37043083_1006629389503853_7372314176787578880_n

37045747_1006628152837310_5082357096255586304_n

37051316_1006629506170508_3042893731175858176_n

37054898_1006628459503946_8835779494980616192_n

37068142_1006628469503945_7397508691169116160_n

37070692_1006629739503818_750493166439759872_n

37074020_1006629012837224_1216766111857508352_n

37075396_1006628149503977_2373133709244104704_n

37094613_1006629852837140_7326489388295127040_n

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma