Müstəqillik günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində məktəblilər arasında müsabiqə keçirilib.

73523549_1334719333361522_7053519580701917184_n“18 oktyabr – Müstəqillik günü” ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən silsilə tədbirlərin keçirilməsi davam edir. Tədbirlərin davamı olaraq 16 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Ağcabədi şəhər ümumtəhsil məktəbləri arasında “Müstəqillik tariximizi necə bilirik” adlı bilik yarışı keçirildi.
Öncə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva Müstəqillik günü ilə əlaqədar Mərkəzdə təşkil olunan tədbirlər haqqında ətraflı məlumat verərək bildirmişdir ki, bu gün keçirilən bilik yarışı dövlət müstəqilliyi tariximizin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin qorunması üçün atdığı addımların, uğurlu siyasətinin öyrənilməsi, gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.
Ağcabədi şəhər ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlərinin iştirak etdiyi yarışda suallar məktəblilər tərəfindən fərdi şəkildə cavablandırıldı. Yarışın sonunda münsiflər heyəti tərəfindən yoxlanılan cavabların nəticələrinə əsasən C. İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin şagirdləri Kərimli Elcan Anar oğlu I yer, Fətəliyev Ramiz Ədalət oğlu isə II yeri qazandılar. III yerin qalibləri isə eyni nəticə ilə şəhər 1 saylı tam orta məktəbin şagirdi Əsgərli Bəhram Fuad oğlu və Ə.Alıyev adına şəhər 12 saylı məktəbin şagirdi Mamedova Nəzrin İmran qızı oldular.
Qaliblər Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən mükafatlandırılacaqlar.72278987_1334719613361494_6608318041191088128_n

72488069_1334719930028129_4771511934879006720_n

72687231_1334719766694812_1041639378708856832_n

72712180_1334719660028156_2914902232581275648_n

72839159_1334719380028184_7097231125025652736_n

72959539_1334719840028138_3513329586530156544_n

73325012_1334719813361474_266522546285838336_n

73325251_1334719643361491_5362132309594079232_n

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma